Russian

Fəaliyyətin səmərəliliyi və market prosesləri üzrə kiçik mütəxəssis

İşin məqsədi:
Əməliyyat səmərəliliyinin artırılmasında, market performansının yaxşılaşdırılmasında, resurslardan maksimum istifadə edilməsində və büdcə xərclərinə qənaətin təmin edilməsində iştirak etmək, sadalanan işlərin aparılması üçün, rəhbər şəxsdən verilən uyğun tapşırıqların icrası.
Öhdəliklər:
Performansın İzlənməsi və Təhlili 
•    Satış məlumatlarını, fəaliyyət səmərəliliyini və digər KPI-ların təhlil edilməsi üçün rəhbər şəxslərə hesabatların hazırlanması. 
•    İşçilərin məhsuldarlığını və mağazaların performansını izləmək.
Proseslərin Optimallaşdırılması 
•    İş axınlarını və əməliyyat proseslərini təkmilləşdirmək məqsədilə rəhbərlərin tapşırıqlarına uyğun işlərin icrası.
•    Daxili istifadə olunan məhsulların idarə olunması, analiz olunması, rəhbər heyətə müvafiq hesabatların təqdim olunması.
•    Uniforma paylanma prosesinin təşkili.
•    Marketlərarası transferlərin daşınma prosesinin təhlili və idarə edilməsi.
•    Marketlərin iş cədvəllərini izləmək və uyğunsuzluqları aradan qaldırmaq
•    Tələb olunan məlumatların marketlərdən toplanması və rəhbərliyə təqdim edilməsi
Təlimlərin hazırlanması
•    İşçilərin bacarıqlarını və səmərəliliyini artırmaq üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
•    Lazım gəldikdə təlimlərin marketlərdə və ya Bravo Təlim Məktəbində keçirilməsi
Hesabatlılıq 
•    Əməliyyat səmərəliliyi və məhsuldarlıq nəticələri ilə bağlı rəhbərliyə ətraflı hesabatlar təqdim etmək.
•    Həftəlik görüşlər üçün təqdimat və hesabatların hazırlanması və təqdim olunması. 
•    Lazım olan təqdirdə Gündəlik, həftəlik və təcili bülletenlərin hazılanması və marketlərlə
•    Əməliyyat departamentinin rəhbərlik üçün tələb olunan digər hesabatların hazırlanması
Uyğunluq və Təhlükəsizlik 
•    Bütün məhsuldarlıq təşəbbüslərinin təhlükəsizlik qaydalarına və sənaye standartlarına uyğun olmasını təmin etmək.
•    Bütün şirkət hesabatlarının təhlükəsizliyini və məlumatların qorunmasını təmin etmək, onları digər şəxslərlə paylaşmamaq

Tələblər:
Təhsil və Təcrübə:
•    Biznesin idarə edilməsi, əməliyyatların idarə edilməsi, və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
•    Əməliyyatlar və pərakəndə satış sahəsində (marketdə) şöbə rəhbəri və ya market menecerinin köməkçisi kimi 1–2 il idarəetmə təcrübəsi.
Analitik Bacarıqlar: 
•    Məlumatları və KPI-ları təhlil etmək, yaranacaq riskləri və xərcləri qiymətləndirmək bacarığı.
Komputer proqramları:
•    Excel və  Outlook üzrə bilik tələb olunandır. Word, PowerPoint, Power BI, Python və s. üzrə bilik arzu olunandı.
Problemlərin həlli: 
•    Effektivsizlikləri müəyyən etmək və həll yollarını tətbiq etmək bacarığı. 
Ünsiyyət Bacarıqları: 
•    Marketlər ilə, Baş ofis ilə şifahi və yazılı ünsiyyətin düzgün qurulması.
Uyğunlaşma:
•    Pərakəndə satış mühitindəki dəyişikliklərə uyğunlaşmaq və sənaye trendlərindən xəbərdar olmaq bacarığı.
Komandada işləmək: 
•    Müxtəlif departamentlər və komandalarla əməkdaşlıq etmək bacarığı. 
Dil bilikləri:
•    Səlis Azərbaycan dili və orta səviyyədə ingilis dili biliyi (üstünlük verilir).

 

Müraciət qaydası:

 

Maraqlanan namizədlər öz CV-lərini “Fəaliyyətin səmərəliliyi və market prosesləri üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.