İşin məqsədi:
Əməliyyat səmərəliliyinin artırılmasında, market performansının yaxşılaşdırılmasında, resurslardan maksimum istifadə edilməsində və büdcə xərclərinə qənaətin təmin edilməsində iştirak etmək, sadalanan işlərin aparılması üçün, rəhbər şəxsdən verilən uyğun tapşırıqların icrası.
Öhdəliklər:
Performansın İzlənməsi və Təhlili
• Satış məlumatlarını, fəaliyyət səmərəliliyini və digər KPI-ların təhlil edilməsi üçün rəhbər şəxslərə hesabatların hazırlanması.
• İşçilərin məhsuldarlığını və mağazaların performansını izləmək.
Proseslərin Optimallaşdırılması
• İş axınlarını və əməliyyat proseslərini təkmilləşdirmək məqsədilə rəhbərlərin tapşırıqlarına uyğun işlərin icrası.
• Daxili istifadə olunan məhsulların idarə olunması, analiz olunması, rəhbər heyətə müvafiq hesabatların təqdim olunması.
• Uniforma paylanma prosesinin təşkili.
• Marketlərarası transferlərin daşınma prosesinin təhlili və idarə edilməsi.
• Marketlərin iş cədvəllərini izləmək və uyğunsuzluqları aradan qaldırmaq
• Tələb olunan məlumatların marketlərdən toplanması və rəhbərliyə təqdim edilməsi
Təlimlərin hazırlanması
• İşçilərin bacarıqlarını və səmərəliliyini artırmaq üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
• Lazım gəldikdə təlimlərin marketlərdə və ya Bravo Təlim Məktəbində keçirilməsi
Hesabatlılıq
• Əməliyyat səmərəliliyi və məhsuldarlıq nəticələri ilə bağlı rəhbərliyə ətraflı hesabatlar təqdim etmək.
• Həftəlik görüşlər üçün təqdimat və hesabatların hazırlanması və təqdim olunması.
• Lazım olan təqdirdə Gündəlik, həftəlik və təcili bülletenlərin hazılanması və marketlərlə
• Əməliyyat departamentinin rəhbərlik üçün tələb olunan digər hesabatların hazırlanması
Uyğunluq və Təhlükəsizlik
• Bütün məhsuldarlıq təşəbbüslərinin təhlükəsizlik qaydalarına və sənaye standartlarına uyğun olmasını təmin etmək.
• Bütün şirkət hesabatlarının təhlükəsizliyini və məlumatların qorunmasını təmin etmək, onları digər şəxslərlə paylaşmamaq
Tələblər:
Təhsil və Təcrübə:
• Biznesin idarə edilməsi, əməliyyatların idarə edilməsi, və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
• Əməliyyatlar və pərakəndə satış sahəsində (marketdə) şöbə rəhbəri və ya market menecerinin köməkçisi kimi 1–2 il idarəetmə təcrübəsi.
Analitik Bacarıqlar:
• Məlumatları və KPI-ları təhlil etmək, yaranacaq riskləri və xərcləri qiymətləndirmək bacarığı.
Komputer proqramları:
• Excel və Outlook üzrə bilik tələb olunandır. Word, PowerPoint, Power BI, Python və s. üzrə bilik arzu olunandı.
Problemlərin həlli:
• Effektivsizlikləri müəyyən etmək və həll yollarını tətbiq etmək bacarığı.
Ünsiyyət Bacarıqları:
• Marketlər ilə, Baş ofis ilə şifahi və yazılı ünsiyyətin düzgün qurulması.
Uyğunlaşma:
• Pərakəndə satış mühitindəki dəyişikliklərə uyğunlaşmaq və sənaye trendlərindən xəbərdar olmaq bacarığı.
Komandada işləmək:
• Müxtəlif departamentlər və komandalarla əməkdaşlıq etmək bacarığı.
Dil bilikləri:
• Səlis Azərbaycan dili və orta səviyyədə ingilis dili biliyi (üstünlük verilir).
|
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini “Fəaliyyətin səmərəliliyi və market prosesləri üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq. |