Vəzifə Öhdəlikləri:
• Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
• Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili;
• Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi);
• Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili);
• Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması;
• Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması;
• Bəyanat vergi hesab-fakturalarının təhlili, ilkin vergi hesab-fakturalarının müəyyən edilməsi (əvvəlki aylarda bərpa oluna bilən olub-olmadığını, bu vergi hesab-fakturalarının ödənişlərini yoxlamaq);
• Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi;
• Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət);
• Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi;
• Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi;
• Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili;
• Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi;
• Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
Tələblər:
• Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
• Vergi Məcəlləsi üzrə biliklər;
• Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi;
• Orta səviyyədə İngilis dili;
• Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq;
• ACCA sertifikatlarına üstünlük verilir;
• Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları;
• Araşdırma bacarıqları;
• Ünsiyyət bacarıqları;
• Məsuliyyətlilik;
• Daimi son tarixlərə cavab vermək bacarığı;
• Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığı;
• Analitik bacarıqlar.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Vergilər üzrə mühasib” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.