Azərbaycan

Vergilər üzrə mühasib

Vəzifə Öhdəlikləri:
•    Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
•    Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili;
•    Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi);
•    Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili);
•    Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması;
•    Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması;
•    Bəyanat vergi hesab-fakturalarının təhlili, ilkin vergi hesab-fakturalarının müəyyən edilməsi (əvvəlki aylarda bərpa oluna bilən olub-olmadığını, bu vergi hesab-fakturalarının ödənişlərini yoxlamaq);
•    Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi;
•    Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət);
•    Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi;
•    Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi;
•    Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili;
•    Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi;
•    Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).

Tələblər:
•    Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
•    Vergi Məcəlləsi üzrə biliklər;
•    Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi;
•    Orta səviyyədə İngilis dili;
•    Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq;
•    ACCA sertifikatlarına üstünlük verilir;
•    Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları;
•    Araşdırma bacarıqları;
•    Ünsiyyət bacarıqları;
•    Məsuliyyətlilik;
•    Daimi son tarixlərə cavab vermək bacarığı;
•    Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığı;
•    Analitik bacarıqlar.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Vergilər üzrə mühasib” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.