Vəzifə öhdəlikləri
- İş sahələrinin auditini aparmaq, hər hansı bir təhlükəli davranış və ya qayda pozuntularının olub-olmadığını yoxlamaq;
- Fəaliyyətin bütün aspektlərinin riskini və mümkün əmniyyət təhlükələrini qiymətləndirmək;
- Təhlükəsizlik məlumatı üzrə analitik hesabatlar hazırlamaq;
- Sahələrin təhlükəsiz olmasını təmin etmək məqsədi ilə sahələrdə və proseslərdə istehsal avadanlıqlarını yoxlamaq;
- Avadanlıqlara texniki baxış keçirməklə və işçilərə təlim keçməklə profilaktik tədbirlərə diqqət ayırmaq;
- Müşavirələrdə və ya mühazirə tipli təlim məşğələlərində personalın təhlükəsizlik prinsiplərini təqdim etmək;
- Sağlamlıq və təhlükəsizlik texnikası və mədəniyyəti ilə bağlı biliyinin yenilənməsi üçün davamlı olaraq təlim və brifinqlərdə iştirak etmək;
- Təklif edilən təkmilləşdirmə işlərini mövcud infrastruktur və biznes proseslərinin də daxil olduğu sahə təhlükəsizlik planlarını hazırlamaq;
- İstehsal briqadası və bütün şirkət çərçivəsində təhlükəsizlik standartlarında uyğunluğu təmin etmək məqsəd ilə layihə rəhbərliyi ilə birlikdə informasiya, təklif və müşahidələri paylaşmaq;
- Bədbəxt hadisələrin və digər təhlükəli şəraitin səbəblərini araşdırdıqdan sonra SƏTƏM üzrə Menecerə bununla bağlı hesabat göndərmək;
- Kritik sahələrdə gələcəkdə baş verəcək qəzaların qarşısını almaq üçün ən yaxşı yolu tapmaq;
- Personalın sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməsini nəzərdən keçirmək və bununla bağlı hesabat təqdim edərək öz tövsiyələrini vermək;
- Ərazidə həftəlik və gündəlik təftişlər aparmaq, hesabat hazırlamaq və SƏTƏM menecerinə göndərmək;
- Müxtəlif iş sahələrində gündəlik SƏTƏM brifinqləri keçirmək və hesabat vermək.
Maraqlanan namizədlər öz CV-lərini vakansiya adını [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.