Bu vəzifənin məqsədi ERP sistemi üzərindən şirkətin məhsul assortmentinin dəqiq və vaxtında idarə olunmasını təmin etməkdir. Məlumatların düzgünlüyünə nəzarət edilməsi, uyğunsuzluqların aşkarlanması və müvafiq şəxslərə bildirilməsi əsas funksiyalardandır. Eyni zamanda, komandaya hesabatların hazırlanmasında və müxtəlif şöbələrlə məlumat mübadiləsində dəstək göstərərək, şirkət daxilində proseslərin səmərəli həyata keçirilməsinə töhfə verməkdir.
Öhdəliklər:
• Daxil olan sorğulara əsasən ERP sisteminə məlumatların düzgün və vaxtında daxil edilməsi
• Məlumatlarda dəyişiklik tələb olunduqda, müvafiq təlimatlara uyğun olaraq sistem üzərində yenilənmələrin aparılması
• ERP sistemi üzərindən şirkətin məhsul assortmentinə nəzarətin həyata keçirilməsi
• Assortment dəyişiklikləri ilə bağlı daxil olan sorğuların ilkin yoxlanılması və uyğunluğunun təmin edilməsi
• Sistem üzərində assortment məlumatlarının düzgünlüyünə nəzarət edilməsi
• Assortment məlumatlarında aşkar olunan uyğunsuzluqların qeydə alınması və aidiyyəti şəxslərə bildirilməsi
• Assortment məlumatları üzrə sadə hesabatların hazırlanmasında komandaya dəstək göstərilməsi
• Müxtəlif şöbələrlə məlumat mübadiləsində iştirak edilməsi
• Assortment və ERP prosesləri üzrə verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi
Tələblər
• Ali təhsil
• MS Excel üzrə biliklər (Power Query üzrə biliklər üstünlükdür)
• Məlumatlarla işləmək və detallara diqqət yetirmək bacarığı
• Analitik düşünmə və öyrənməyə açıq olmaq
• Yazılı və şifahi ünsiyyət bacarıqları
• Komanda ilə işləmə bacarığı və məsuliyyətli yanaşma
• Daxil olan tapşırıqları vaxtında və dəqiq icra etmək qabiliyyəti
• Gərgin iş rejimində öyrənməyə və inkişaf etməyə hazır olmaq
• ERP sistemləri ilə tanışlıq üstünlükdür
• Hərbi xidməti başa vurmuş və ya möhlət hüququ olan (bəy namizədlər üçün)
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini “Master data üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.