Russian

İnventarlar üzrə hesablayıcı (gecə növbəsi)

Vəzifə öhdəlikləri

•    Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək
•    Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək
•    Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək
•    Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək
•    Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək
•    Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək


Tələblər:

•    Müvafiq sahə üzrə 1 ildən çox təcrübəsi
•    İnventarizasiya keçirmə bacarığı
•    Market sistemində iş təcrübəsi
•    Marketdə satılan məhsul çeşidlərilə bağlı praktiki iş təcrübəsi
•    Sürətli hesablama qabiliyyəti
•    Sərbəst Azərbaycan dili , rus dili arzuolunandı
•    Microsoft Office proqramlarından anlayış
•    Problem həlletmə yönümlü
•    Nəticələrə əsaslanan, Fəaliyyət yönümlü
•    Situasiyaya uyğunlaşma qabiliyyəti
•    Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
•    Şirkət və komanda mühitində işləmək
•    Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış

Maraqlanan namizədlər [email protected] email ünvanına “Hesablayıcı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.