Vəzifə öhdəlikləri:
• Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
• Mağazalar üzrə reklam bölgüsünün və post marketinq planının hazırlanması və icrasının koordinasiyası;
• Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
• Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
• Mağaza ərazisinin xüsusiyyətlərinə uyğun marketinq kommunikasiyalarının planlaşdırılması və tətbiqinin təmin edilməsi;
• Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
• Reklam məhsullarının quraşdırılması, yenilənməsi və bərpası prosesinə, eləcə də işlərin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi;
• Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
• Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
• Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və icranın izlənilməsi;
• Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
• Mağazalarda keçirilən marketinq tədbirlərinin təşkilinə və icrasına dəstək göstərilməsi;
• Mağazalarda keçirilən layihələrin və tədbirlərin mağazalar ilə kommunikasiyası və təşkilati dəstək;
• Yeni reklam qurğusu barədə satınalmaya müraciətin edilməsi;
• ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
• Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.);
• Mağazadaxili monitorların və mağazadaxili radiolara nəzarət;
• Reklam sahələrinin, reklam məhsullarının və görülmüş işlərin uçotunun aparılması, hesabatların hazırlanması;
• Post marketinq fəaliyyətlərinin müəyyən edilmiş brend standartlarına və vizual tələblərə uyğunluğunun təmin edilməsi.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və ya İngilis dili arzu olunandır;
• Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
• MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint);
• Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı;
• PowerPoint vasitəsilə təqdimatların hazırlanması;
• Elektron poçt və işgüzar yazışma platformalarından istifadə bacarığı;
• Reklam yerləşdirmə planları və vizual materiallarla işləmək bacarığı;
• AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.