Vəzifə öhdəlikləri:
• ERP sistemində gündəlik əməliyyatların icrasına dəstək vermək.
• İstifadəçilərdən gələn sorğuları analiz edib həllində iştirak etmək.
• Biznes prosesləri anlamaq və sistemdə düzgün tətbiq olunmasına kömək etmək.
• Məlumatların düzgünlüyünü yoxlamaq və analizlər aparma.q
• SQL sorğularından istifadə edərək məlumatların çıxarılması və yoxlanılması.
• ERP sistemi ilə bağlı problemləri araşdırmaq və həll yolları təklif etmək.
• Yeni funksionallıqların testində iştirak etmək.
Vəzifə Tələbləri:
• İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil.
• Tələb olunan sahədə 1 il iş təcrübəsi.
• ERP sistemləri haqqında əsas biliklər.
• SQL ilə işləmək üzrə biliklər.
• MS Excel proqramında işləmə bacarığı (formullar, pivot table və s.)
• Analitik düşünmə və problem həll etmə bacarığı.
• Komandada işləmə və effektiv ünsiyyət bacarıqları.
• İngilis dili orta səviyyədə (texniki sənədləri oxuya bilmək) ,Rus dili üstünlükdür.
• Öyrənməyə açıq və məsuliyyətli yanaşma.
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “MRP üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır