Öhdəliklər:
• Bütün lazımi məlumatlara uyğun olaraq təchizatçılara düzgün manual və ya avtomatik sifarişlər vermək.
• Çatdırılmaların tezliyinə nəzarət etmək və hər hansı problem yarandıqda Kommersiyaya məlumat vermək.
• Mağazalarda və Paylama Mərkəzində artıq ehtiyatların olması və ya ehtiyat çatımazlığının olmasının qarşısını almaq
• Promo sifarişlərini idarə etmək
• Hər mağaza və ya DC üçün əsas təchizatçı, logistik kənarlaşma (LV) üzrə məlumatlara nəzarət etmək.
• Bir məhsul üçün iki əsas təchizatçı ilə qarşılaşdıqda, satınalma qrupuna məlumat vermək.
• Hər bir mağaza və ya DC üçün sistemdə manual və ya avtomatik sifarişlər üçün vaxt cədvəlini yeniləmək
• Bütün sifariş çeşidlərinin avtomatik doldurulma prosesi və manual sifariş üçün aktiv olmasını təmin etmək
• Lazım gələrsə, sifarişin təsdiqi üçün avto sifariş komandasına dəstək olmaq.
• Yeni açılan mağazalar üzrə sifarişlərin idarə edilməsi
Tələblər:
• Məlumatlara əsaslanan analitik düşüncə tərzinə sahib olmaq;
• Retail (pərakəndə) sahədə iş təcrübəsi arzuolunandı;
• Komandada effektiv işləmək bacarığı;
İşdə dəqiqlik və detallara yüksək diqqət;
• Güclü ünsiyyət bacarıqları;
• Davamlı öyrənməyə və inkişafa açıq olmaq;
• Güclü kompüter Bacarıqları: MS Office (Word, Excel, Powerpoint, Outlook)
• Power BI, SQL, Tableau, Python – işləmə bacarıqlarına üstünlük verilir.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Market ehtiyatlarının planlaması üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.