Russian

İnsan resursları üzrə kiçik inzibatçı

Vəzifə öhdəlikləri:

  •     Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi, dəyişiklik edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı- EMAS)
        Əmək müqavilələrinin hazırlanması və imzaladılması
        Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
        Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi
        Müxtəlif növ arayışların və xasiyyətnamələrin hazırlanması
        İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi
        Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi.
        Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərini yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi
  • Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər
  • Güclü ünsiyyət bacarığı.
  • Tənqidi düşüncə və təhlil bacarıqları.
  • Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.
  • Sərbəst Microsoft Office istifadəçisi.
  • Çeviklik və tez öyrənmək qabiliyyəti.
  • Qərgin iş şəraitində işləmə bacarığı.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına “İnsan resursları üzrə kiçik inzibatçı” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi