Azərbaycan
Siyahıya qayıt

Bravo 8 il – Sonsuz sevgi və məmnuniyyət!

2016-cı ildən fəaliyyət göstərən Bravo marketlər şəbəkəsi bu il 8 yaşını qeyd edir. Bu münasibətlə media nümayəndələri ilə görüş keçirən marketlər şəbəkəsi strategiyası, 2024-cü il planları haqqında ətraflı məlumat verdi.

Fəaliyyət göstərdiyi ilk gündən müştərilərinə sonsuz sevgi və məmnuniyyət hissi ilə xidmət edən Bravo marketlər şəbəkəsində keyfiyyət standartları xüsusi qorunur. Müştərilərinə daima keyfiyyətli, təzə, təravətli məhsulları təqdim etmək üçün qida təhlükəsizliyi qaydalarına həssaslıqla yanaşılır.

Tədbirdə 2024-cü il Korporativ Sosial Məsuliyyət layihələri də müzakirə olundu. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan olunması münasibətilə media nümayəndələri ilə xüsusi master klass da keçirildi.  

Qeyd edək ki, 2024-cü ilin əsas hədəflərindən biri də aydın promo və qiymət siyasətidir. Bu ildən başlayaraq Bravo marketlər şəbəkəsi Bravo Club loyallıq proqramını da müştərilərinə təqdim edir.

Bravo müştərilərinə maksimum keyfiyyəti daima sərfəli, super qiymətlərlə təqdim etmək ənənəsinə sadiqdir.

Müştərilərin səbirsizliklə gözlədiyi Supermanat kimi kampaniyalar bu il də davam edəcək. Aydın promo və qiymət siyasəti ilə bir neçə yeni və möhtəşəm kampaniyalar da olacaq!

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo 8 il – Sonsuz sevgi və məmnuniyyət!

2016-cı ildən fəaliyyət göstərən Bravo marketlər şəbəkəsi bu il 8 yaşını qeyd edir. Bu münasibətlə media nümayəndələri ilə görüş keçirən...

“Azərbaycan Uşaqları” İB-li Bravo baş ofisində!

Bravo marketlər şəbəkəsinin baş ofis əməkdaşları “Azərbaycan Uşaqları” İB-nin gənc və istedadlı xanımları ilə görüş keçirdi. Bravo marketlər şəbəkəsinin əməkdaşları...

Fərqli və bizdən biri!

2 Aprel Dünya Autizm Məlumatlandırma günü üçün biz də mavi işıq yandırdıq! 

2 Aprel Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqəli olaraq,...