Öhdəliklər:
- Şirkət daxilində baş verən intizam pozuntularını təqdim edilən sənəd və sübutlar əsasında araşdırmaq, qiymətləndirmək və qərar qəbul edilməsi üçün rəhbərliyə təkliflər vermək.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətdaxili qaydalara uyğun olaraq intizam tənbehlərinin tətbiqini həyata keçirmək.
- İntizam pozuntuları və işçi şikayətləri ilə bağlı müraciətləri qəbul etmək, qeydiyyata almaq, araşdırmaq və nəticələndirmək.
- Zərurət yarandıqda işçilər, rəhbərlər və aidiyyəti struktur bölmələrlə görüşlər keçirmək, intizam məsələlərinin həllini təmin etmək və təkrarlanmasının qarşısının alınmasına yönəlmiş təkliflər vermək.
- İntizam tənbehləri, xəbərdarlıqlar, əmrlər, bildirişlər, məktublar və digər aidiyyəti sənədləri hazırlamaq, elektron bazada qeydiyyatını aparmaq və arxivləşdirilməsini təmin etmək.
- Əmək münasibətləri üzrə sənədləşmə proseslərinin qanunvericiliyin və şirkətdaxili prosedurların tələblərinə uyğun icrasını təmin etmək.
- Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı prosesləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq icra etmək.
- Mediasiya təşkilatları və dövlət qurumlarından daxil olan sorğuları vaxtında cavablandırmaq, zərurət yarandıqda müvafiq proseslərdə iştirak etmək və qəbul edilmiş razılaşmaların icrasını təmin etmək.
- İntizam pozuntuları üzrə statistik hesabatlar və təqdimatlar hazırlamaq, nəticələri aidiyyəti rəhbərlərlə paylaşmaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Vəzifə Tələbləri:
- İnsan Resurslarının İdarə Edilməsi, Hüquq, Biznesin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil;
- Əmək münasibətləri, HR əməliyyatları və ya İnsan Resurslarının əlaqəli istiqamətlərində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları yaxşı səviyyədə bilmək;
- Əmək münasibətləri ilə bağlı sənədlərin, əmrlərin və rəsmi yazışmaların hazırlanması və idarə olunması sahəsində təcrübə;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, habelə peşəkar sənədləşmə bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint üzrə yaxşı işləmə bacarığı;
- Yüksək məsuliyyətlilik, obyektivlik, məxfilik prinsiplərinə riayət etmə və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.