Azərbaycan

İT idarəetmə üzrə böyük mütəxəssis

İT idarəetmə üzrə böyük mütəxəssis İT layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir. Həmçinin, İnformasiya sistemlərinin mövcud məlumatlarına əsasən məlumat sistemlərinin analitik təhlillərini aparır və daxili nəzarət boşluqları üzrə riskləri qiymətləndirir. İT idarəetmə üzrə böyük mütəxəssis biznesin davamlılığına birbaşa təsir edən İT və informasiya təhlükəsizliyi biznes proseslərinin asılılıqların təhlilini həyata keçrir və sənədləşdirir; risklərin qiymətləndirilməsi üçün İT standartlarına və təchizatçıların məlumat bazalarına əsaslanan qiymətləndirmə meyarları hazırlayır

  • İT və  İT layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • İT layihəsinin aparılması zamanı çatışmazlıqların aşkar edilməsi üçün prosedurların İnformasiya Təhlükəsizliyi layihələrinin aparılmasını mühüm İT riskləri, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə risklərin nəzərə alınmasını təmin etmək;
  • İT layihəsi üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • İT Departamentinin direktoru tapşırığı ilə İT idarəetmə və informasiya təhlükəsizliyi fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • İş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak etmək;
  • İT layihəsi çərçivəsində rəhbərlik etdiyi İT komandanın işinə nəzarət etmək və nəticələrə rəy verilmək;
  • Layihə rəhbəri və ya İT Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

 

  • İT, informasiya təhlükəsizliyi sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • İT sahəsinə aid biliklər;
  • İnformasiya Təhlükəsizliyi prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes prosesləri üzrə İT və kiber təhlükəsizlik üzrə biliklərə sahib olmaq;
  • Analitik bacarıqlar;
  • Ünsiyyət qurma bacarıqları;
  • Texniki biliklər: Şəbəkə və şəbəkə təhlükəsizliyi üzrə biliklər. MS Windows və Linux əsaslı əməliyyat sistemləri ilə iş bacarığı. Məlumat bazaları və informasiya təhlükəsizliyi üzrə biliklər. Məlumat analitikası üzrə biliklər. SQL və PowerShell skriptlər üzrə biliklər;
  • IT və informasiya təhlükəsizlyi üzrə qəbul edilmiş beynəlxalq standartlar (İSO/IEC 27007, ISO/IEC 27033, PCI DSS, NIST) üzrə biliklər.

 

Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “İT idarəetmə üzrə böyük mütəxəssis” qeyd etməklə edə bilərlər.  Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi