Azərbaycan
Siyahıya qayıt

“Azərbaycan Uşaqları” İB-li Bravo baş ofisində!

Bravo marketlər şəbəkəsinin baş ofis əməkdaşları “Azərbaycan Uşaqları” İB-nin gənc və istedadlı xanımları ilə görüş keçirdi. Bravo marketlər şəbəkəsinin əməkdaşları birliyin xanımları ilə hal-hazırkı fəaliyyətləri, gələcək planları haqqında maraqlı müzakirələr apardı. Əlavə olaraq onlarla motivasiya və özünü inkişafla bağlı fkir mübadilələri aparılaraq istiqamətləndirici tövsiyələr verildi.  

Keçirilən görüşün əsas məqsədi birliyin nəzdində olan xanımların həyata daha nikbin baxmaları, gələcəyə daha inamlı addımlarla qədəm qoymaqlarına kiçik də olsa töhfələr vermək idi.

Qeyd edək ki, Bravo marketlər şəbəkəsi “Azərbaycan Uşaqları” İB ilə daimi əməkdaşlıq edərək quruma mütəmadi olaraq qida və qeyri-qida dəstəyi də göstərir.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Dünya Autizm Məlumatlandırma günündə mavi işıq yandırdıq!

Fərqli və bizdən biri! 2 Aprel Dünya Autizm Məlumatlandırma günü üçün biz də mavi işıq yandırdıq! 

Dünyanın bir çox ölkələrində əsas...

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan sovqatları çatdırıldı

“PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.

BRAVO-dan planetimizin gələcəyi üçün işıq!

BRAVO marketlər şəbəkəsi  22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu....