Azərbaycan Supermarket MMC İdxal və özəl ticarət markası şöbəsi “İdxal üzrə menecer” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, bazar tendensiyalarının təhlili və bu biliklərin satınalma haqqında düşünülmüş qərarların qəbul edilməsi üçün tətbiqi;
- İstehlakçı alış modelində tendensiyaların proqnozlaşdırılması üçün keçmiş satış məlumatlarının təhlili;
- Satınalma müraciətlərinin dəqiqləşdirilməsi, departamentlərin ehtiyaclarının müəyyənləşdirilməsi və gələcək alış sifarişləri üçün şərtnamələrin dəqiqləşdirilməsi məqsədilə ticarət qrupu ilə əməkdaşlıq etmək;
- Kataloqlar vasitəsilə, milli və beynəlxalq ticarət yarmarkalarında və tədbirlərində iştirak edərək yeni məhsulların axtarışı və seçilməsi;
- Yeni tədarük və məhsul mənbələrinin öyrənilməsi və yaradılması;
- Tədarükçülərlə münasibətlərin qurulması və onlarla ən yaxşı qiymətlər, şərtlər haqqında danışıqların aparılması;
- Təkliflərin şirkətin idxal strategiyasına uyğun qiymətləndirilməsi;
- Müqavilə və sənədləşdirmə işlərinin tam dövrəsinin icrası;
- Satınalma əməliyyatlarının dövlətin və şirkətin siyasət və prosedurlarına uyğun olaraq işlənib-hazırlanması;
- Sifarişlərlə bağlı problemlərin səmərəli şəkildə və vaxtında həlli;
- Mal ehtiyatının müvafiq səviyyələrdə saxlanılmasını təmin etmək məqsədilə Paylama Mərkəzi və filiallarda idxal ehtiyatlarının yenilənməsi;
- Əsas xətləri tanıtmaq üçün mağazalarda idxal olunan məhsulların yerləşdirilməsinin planlaşdırılmasında vizual merçendayzerlərə kömək göstərmək;
- İdxal olunan məhsulların təşviqi məqsədilə reklam şöbəsi ilə işləmək;
- Bazar dəyişikliklərinin, rəqiblərin və malların qiymətlərinin monitorinqi;
- Yeni marketinq və satış imkanlarının qiymətləndirilməsi, bu qiymətləndirmələrin müvafiq rəhbərliyə təqdim edilməsi;
- Gündəlik, həftəlik, aylıq, illik hesabat və analitik materialların hazırlanması;
- Kateqoriyalar əsasında idxal payının artırılması strategiyasının hazırlanması və tətbiqi.
Tələblər:
- Marketinq, (Beynəlxalq) Biznes, Maliyyə və ya hər hansı digər əlaqəli sahədə təhsili olan şəxslərə üstünlük verilir;
- Ticarət, kommersiya, satınalma, idxal sahəsində 3 il təcrübə;
- Ən yaxşı halda, bənzər vəzifədə təcrübəyə malik olmaq;
- Satış və marketinq strategiyalarını yaxşı anlamaq;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
- Mal daşınması proseslərini asanlıqla başa düşmək və təşkil etmək bacarığı;
- İngilis və Rus dillərində yaxşı səviyyədə biliklərə sahib olmaq.
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “İdxal üzrə menecerİdxal üzrə menecer” qeyd etməklə edə bilərlər.