Russian

У вас есть место на аренду?

Yerləşmə və əmlak konsepti

   140 - dan çox mağaza şəbəkəmiz ilə müştərilərimizin yanındayıq – onların yaşadıqları, işlədikləri hər yerdə olmağa çalışırıq. Bu məqsədlə biz yerləşmə portfelimizi sistemləşdirir, filial şəbəkəmizi genişləndirir və mövcud mağazalarımızı modernləşdiririk.

   Mağazalarda alış-veriş adətlərindəki dəyişiklərə uyğunlaşaraq, əsas etibarı ilə şəhərdaxili məkanlara, ictimai nəqliyyatın, piyada və maşın axınının intensiv olduğu sahələrə diqqət ayırırıq. Mağaza şəbəkəmizi optimallaşdırmaq və genişləndirmək üçün torpaq sahələri və mövcud mülklərin axtarışındayıq.

 

Bizimlə əməkdaşlığın üstünlükləri:

  • Uzunmüddətli əməkdaşlıq (əsas etibarı ilə 20 illik müqavilə, ən az 10 illik)
  • Şirkətin inkişaf və genişləmə potensialı
  • İcarə haqlarının düzənli olaraq zamanında ödənilməsi
  • İcarə müddəti ərzində əmlakın yaxşı vəziyyətdə qorunub saxlanması
  • Əraziyə məşhur brendlərin cəlb edilməsində dəstək
  • Finansal stabillik və öhədliklərin davamlı olaraq yerinə yetirilməsi

Əmlaka dair tələblər

Torpaq sahələri:

  • Əsas yol və ya şosse üzərində olması
  • Bu yolun kütləvi yaşayın olduğu bir neçə qəsəbəyə aparması
  • Torpaq sahəsinin ən azı 20 sot olması
  • Sənədlərinin qaydasında olması (çıxarışın olması (arzuolunandır), mülkün girovda olmaması və s.)
  • Görünüş dərəcəsinin yüksək olması

 

Mövcud mülklər (obyektlər)

  • Əsas küçədə yerləşməsi (arzuolunandır)
  • 500 metr radiusda ən azı 4000 insanın məskunlaşmış olması
  • Yüksək piyada axının olması
  • İctimail nəqliyyat dayanacaqlarına yaxın yerləşməsi
  • Parklanma sahəsinin olması (arzuolunandır)
  • Ticari sahədə yerləşməsi
  • Ən azı 350 m2 ümumi sahənin olması
  • Görünüş dərəcəsinin yüksək olması

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi