Russian

Xəzinədarlıq əməliyyatları üzrə kiçik mühasib

İş öhdəlikləri:

  • Yerli ödənişlərin daxil edilməsi (Əsas məbləğ)
  • Yerli ödənişlərin daxil edilməsi (ƏDV məbləği)
  • Xarici ödənişlərin daxil edilməsi
  • Qəbzlərin daxil edilməsi və bölgüsü
  • Nağd pul tələblərinin daxil edilməsi və nəzarət
  • Ödənişləri həyata keçirilməsi və onlarla bağlı problemlərin həll olunması.
  • Çeklərin yazılması
  • İnternet bankçılıqdan SWIFT-lərin yüklənməsi
  • Ödənişlərin ehtiyat sənədlərinin COINS sisteminə əlavə edilməsi
  • Ödənişlərin uyğunlaşdırılması (COINS/Banka)
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər müvafiq vəzifələr

 

Vəzifə tələbləri:

 

  • Maliyyə,Mühasibatlıq və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Maliyyə sahəsində və/və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
  • Xəzinədarlıq və ya Mühasibatlıq komandasında təcrübə
  • Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan və İngilis dillərində əla şifahi və yazılı ünsiyyət bacarıqları; Rus dili üstünlükdür
  • Microsoft Office proqramlarını peşəkar səviyyədə istifadə bacarığı
  • COINS və GOLD proqramlarından istifadə üstünlükdür
  • Müstəqil və komanda mühitində işləmə bacarığı
  • Xarici əlaqələrlə ünsiyyət qurmaq və münasibətləri idarə etmək bacarığı
  • Analitik düşüncə bacarıqları – tələb olunan həlləri müəyyən etmək və dəqiqləşdirmək qabiliyyəti
  • Nəticəyönümlü və detallara diqqət göstərən
  • Bütün iş tapşırıqlarında keyfiyyət və etibarlılığa sadiqlik

 

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Xəzinədarlıq əməliyyatları üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi