Russian

Vergilər üzrə Böyük mühasib

Vergilər üzrə Böyük mühasib

Vəzifə öhdəlikləri:

 

  • Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması)
  • Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili
  • Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi)
  • Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili)
  • Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması
  • Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması
  • Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi
  • Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət)
  • Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi
  • Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi
  • Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili
  • Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi
  • Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
  • ERP system üzərindən aylıq olaraq məhsul bazında vat kodların yoxlanılması və hər hansı yanlış məlumat və ya dəyişiklik tələb olunarsa bunla bağlı ERP komandasına aylıq olaraq məlumatlandırmaq.

 

 

 

Vəzifə üzrə tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
  • Vergi Məcəlləsi üzrə biliklər
  • Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi
  • Orta səviyyədə İngilis dili
  • Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq
  • ACCA və PMS sertifikatlarına üstünlük verilir
  • Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları
  • Araşdırma və analitik bacarıqları
  • Ünsiyyət bacarıqları
  • Məsuliyyətlilik
  • Daimi son tarixlərə cavab vermək bacarığı
  • Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığıAnalitik bacarıqlar

Maraqlanan namizədlər [email protected] email ünvanına “Vergilər üzrə böyük mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi