Öhdəliklər:
	- Bütün təmir xidmətlərinin vaxtında və keyfiyyətli icra olunmasını təmin etmək;
 
	- Təyin olunmuş podratçı tərəfindən tamamlanmış avadanlıqları yoxlamaq və istifadəyə hazır olduğunu təsdiqləmək;
 
	- Mağaza əməliyyatı şöbə rəhbərinin təlimatına əsasən xüsusi layihələrin icrasını təşkil və koordinasiya etmək;
 
	- Xarici podratçıların icra etdikləri işlərin keyfiyyətini yoxlamaqda dəstək olmaq;
 
	- 0.4 kV-luq elektrik sistemində yaranan kiçik nasazlıqları təyin edib aradan qaldırmaq, elektrik sistemlərinin idarə olunmasını və montaj işlərini icra etmək;
 
	- Təxirəsalınmaz təmir xidmətlərinin icrasını təmin etmək üçün 24 saat ərzində əlçatan olmaq;
 
	- Binada mövcud bütün texniki sistemlərin periyodik olaraq yoxlanılmasını və təmir olunmasını təmin etmək;
 
	- Baş vermiş və ya potensial olaraq baş verə biləcək istisna hallarla bağlı mağaza əməliyyatı şöbə rəhbərinə operativ şəkildə məlumat vermək.
 
 
Tələblər:
	- Azərbaycan dilində sərbəst ünsi̇yyat bacarığı;
 
	- Mexaniki və/və ya elektromexaniki texnologiyalar sahəsində fundamental bilik və praktik bacarıqlar;
 
	- Ümumi əl alətləri və/və ya mexaniki emalatxana sahəsində praktik bilik;
 
	- Aşağıda göstərilən sahələrdən hər hansı birində ixtisaslaşmış texniki bilik: işəhsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması;
 
	- Standart əl, elektrik və mexaniki alətlərin istifadəsində praktik təcrübə;
 
	- Elektronika və ya mexanika sahəsində bilik;
 
	- Qaz bıçağı ilə qaynaq bacarığı;
 
	- Elektrik sxemlərini, qrafik və diaqramları oxuma bacarığı;
 
	- Elektrik naqillərini rəng kodlarına görə ayırma bacarığı
 
	- Operativ nəzarət və tənqidi düşüncə bacarığı.
 
	- Sürücülük vəsiqəsi
 
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təsərrüfat xidmətləri üzrə texnik” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.