Vəzifənin xülasəsi:
Jurnal yazışmalarını hazırlamaq, maliyyə hesabatları və hesabları uzlaşdırmaq, məlumatların dəqiqliyini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Sabit aktivlərin qeydiyyatını saxlamaq, uzlaşdırmaq və ay-sonu hesabatlarını hazırlamaq; bütün alımlar, satışlar, transferlər və aktivlərin istifadədən çıxarılmaları düzgün qeyd olunmalıdır.
- Şirkət siyasəti və tətbiq olunan mühasibat standartlarına uyğun amortizasiya yazışmalarını hesablamaq və qeyd etmək.
- Sabit aktivlər, inventar və alt-anbar balanslarındakı fərqləri araşdırmaq və həll etmək; bütün yerlərdə dəqiq və vaxtında qeyd yeniləmələrini təmin etmək.
- Satınalma və anbar komandaları ilə koordinasiya edərək inventar qeydlərini yeniləmək və saxlamaq.
- Sabit aktivlər və inventara aid idarəetmə və audit hesabatlarını hazırlamaq və nəzərdən keçirmək; audit fəaliyyətlərini dəstəkləyən sənədləri təqdim etmək.
- Ay-sonu və il-sonu bağlanma proseslərinə kömək etmək, dəqiq aktiv və inventar məlumatlarını təmin etmək.
- Sabit aktivlər və inventara aid daxili nəzarət, şirkət siyasətləri və xarici tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
- Sabit aktivlər üçün sığorta prosedurlarını idarə etmək; sığorta təminatçıları ilə əlaqə saxlamaq, kifayət qədər sığortanı təmin etmək, iddiaları işləmək və sığorta sənədlərini saxlamaq.
- Layihə xərclərinin sabit aktiv hesablarına yığılmasını izləmək və layihələr tamamlandıqdan sonra həmin hesabları bağlamaq.
- Sabit aktivlər və inventara aid balans hesabatlarının dəstəkləyici sənədlərinin toplanmasını və təşkilini nəzarətdə saxlamaq.
- ERP sistemləri arasındakı inteqrasiyanın düzgünlüyünü yoxlamaq və təhlil etmək.
- Line Manager tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.
- Aktiv və inventar idarəetmə proseslərini daha dəqiq və səmərəli etmək üçün daimi təkmilləşdirmələr aparmaq.
Tələb olunan təhsil və təcrübə:
- Mühasibat, maliyyə və ya digər əlaqədar ixtisas üzrə bakalavr dərəcəsi.
- Ümumi kitab mühasibatı və ya oxşar sahədə ən azı 2 illik təcrübə.
- Orta səviyyədə ingilis dili bilikləri.
- Mühasibat standartları və tənzimləmələri üzrə dərin bilik.
- Mühasibat proqramları və proqram təminatı ilə tanışlıq.
- ACCA F3 tələb olunur; F7 üstünlükdür. Digər sertifikatlar üstünlükdür.
- Microsoft Office proqramlarından, xüsusilə Excel-də pivot cədvəllər, formulalar, qrafiklər üzrə bacarıq; Gold və COINS bilikləri üstünlükdür.
- Maliyyə hesabatları üzrə anlayış.
- Analitik və Araşdırma bacarıqları.
- Ünsiyyət bacarıqları.
- Davamlı olaraq gələn müddət sonu tələblərinə cavab vermək qabiliyyəti.
- Müxtəlif səviyyələrdə əməkdaşlarla həm müstəqil, həm də komanda şəklində işləmək bacarığı.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Maliyyə mühasibi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.