Bu rol İHS (istilik, havalandırma, soyutma) sistemlərinin profilaktik texniki xidməti, təmiri, nasazlıqların aradan qaldırılması və yeni avadanlıqların quraşdırılmasını əhatə edir. Vəzifə həmçinin enerji səmərəliliyinin izlənilməsi, təhlükəsizlik qaydalarına əməl edilməsi və texniki hesabatların hazırlanmasını tələb edir.
Profilaktik texniki xidmət:
- Marketlərdə quraşdırılmış VRV, Rooftop, Split sistem, havalandırma qurğuları kimi İstilik, Havalandırma vəs Soyuducu (İHS) avadanlıqlarının texniki baxış planlarına uyğun olaraq aylıq, rüblük, illik texniki baxış və xidmətlərini icra etmək. Sistemlərə aid istismar qaydalarına riayət edərək istismar davamlılığını təmin etmək.
Nasazlıqların müəyyənləndirilməsi və aradan qaldırılması:
- İHS sistemlərində yaranan texniki problemləri vaxtında müəyyən etmək, diaqnostika aparmaq və təmir prosesini icra etmək. Təzyiq, qaz sızması, temperatur dəyərləri, nasos, kompressor, fan və sensorları yoxlayaraq istismarda sabitləşməni təmin etmək.
Avadanlıqların quraşdırılması və istismara verilərək sazlanması:
- Yeni avadanlıqların quraşdırılmasında Mexanika/HVAC mühəndisi ilə birlikdə iştirak etmək. Quraşdırılan sistemin istismarı üçün ilkin sazlamaları aparmaq.
Enerji səmərəliliyinə nəzarət:
- İHS sistemlərinin enerji istehlak indikatorlarını izləməkr, səmərəli istismar üçün təkliflər vermək.
SƏTƏM qaydalarına əməl:
- Bütün texniki əməliyyatlardə əmək təhlükəsizliyi, yanğın əleyhinə qoruma, qaz sızması riskinə dair tədbirlərə sadiq şəkildə riayət etmək.
Yüksəklikdə və qaldırıcı qurğularda iş:
- 1.2 metrdən yuxarı olan hönərlərdə iş zamanı fərdi qoruyucu vasitələrdən (kəmər, dəbilqə, qoruyucu ayaqqabı) istifadə etmək. Qaldırıcı qurğularda iş zamanı sənədləşdirmə əsasında icazəli şəkildə texniki baxışdan keçmiş vasitələrdə istismar aparmaq. Mütləq qaydada "ikili nəzarət prinsipi"nə əsaslanaraq yalnız deyil, kənardan əlaqə saxlayan əməkdaşla birlikdə işləri yerinə yetirmək
Hesabatlılıq və koordinasiya:
Görülən texniki işlər haqda Mexanika\İHS mühəndisinə yazılı hesabat vermək. İstismar komandası daxilində digər ixtisas sahələri (elektrik, lift, avtomatika) ilə koordinasiyalı işləmək
Vəzifə üzrə tələblər
- Təhsil: İHS (istilik, havalandırma, soyutma), Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil.
- Təcrübə: İHS sistemlərinin texniki xidməti, nasazlıqların aradan qaldırılması və quraşdırılması sahəsində minimum 2-3 il praktiki iş təcrübəsi (VRV, Rooftop, Split sistemlər, havalandırma).
- Texniki Bilgi: İHS sistemlərinin işləmə prinsipləri, profilaktik texniki xidmət, diaqnostika və təmir üsulları barədə güclü bilik.
- Enerji Səmərəliliyi Məlumatı: Enerji istehlakı indikatorlarının izlənməsi və sistem səmərəliliyinin artırılması yolları barədə bilik.
- Təhlükəsizlik Bacarığı: Əmək mühafizəsi (SƏTƏM), yanğın təhlükəsizliyi, qaz sızmasının qarşısının alınması və yüksəklikdə işləmə qaydaları üzrə məlumatlılıq.
- Alət Bilgisi: İHS sistemlərinə aid diaqnostika və təmir alətlərindən istifadə bacarığı.
- Fiziki Hazırlıq: Yüksəklikdə və fiziki güc tələb edən şəraitdə işləmək qabiliyyəti.
- Problemlərin Həlli Bacarığı: Texniki nasazlıqları sürətlə diaqnostika edib effektiv həll yollarını tətbiq etmək bacarığı.
- Komanda İşi: Elektrik, lift, avtomatika kimi müxtəlif sahələr üzrə texniki komanda ilə koordinasiyalı işləmək bacarığı.
- Hesabat Bacarığı: Texniki fəaliyyətləri, xidmət qeydlərini və istifadə olunan resursları sənədləşdirib hesabat təqdim etmək bacarığı.
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya İngilis dili üstünlükdür.