Debitor borclar üzrə kiçik mühasib
İşin məqsədi: Debitor borclarına gündəlik nəzarət
 
Öhdəliklər:
 
	- İnvoysların yazılması üçün daxili sistemə (COİNS) uyğun olaraq excel faylda dataların hazırlanması
 
	- Daxili sistemdə (COİNS) invoysların yazılması və vergi sisteminə (e-tax) göndərilməsi. Daha sonra COİNS və e-tax sisteminin üzləşdirilməsi.
 
	- Bank çıxarışının gündəlik yoxlanılması
 
	- Təchizatçılara göndərilən qaimələrə əsasən debitor borclar üzrə hesabatın hazırlanması.
 
	- Təchizatçılardan daxil olan email və zənglərin vaxtında cavablandırılması
 
	- Təchizatçıların müraciətinə əsasən borc siyahılarının hazırlanması və göndərilməsi
 
	- Ehtiyac olduqda invoys və e-qaimələrdə düzəlişlərin edilməsi
 
	- İnvoyslara əsasən təchizatçılardan daxil olan aktların yoxlanılması və imzaya təqdim edilməsi
 
	- Təchizatçı tərəfindən düzəlişə göndərilən qaimələrin izlənməsi və yenidən geri göndərilməsi
 
	- Təchizatçılara göndərilən qaimələrə əsasən borc məbləğlərinin vaxtında ödənilməsinə nəzarət edilməsi.
 
	- Yaranan fərqlərin araşdırılması və həll edilməsi
 
	- Ehtiyac olduqda problemlərin həlli üçün təchizatçılarla görüşlərin keçirilməsi
 
	- Ay ərzində daxil olan qalıq ödənişlərin ay sonu yoxlanması
 
	- Təchizatçılarla rüblük üzləşmələrin edilməsi və aktların hazırlanması
 
 
Tələblər:
	- Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi
 
	- Mühasibat uçotu üzrə fundamental biliklər
 
	- Minimum 1 il mühasibatlıq təcrübəsi
 
	- Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı
 
	- Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları 
 
	- Dəqiqlik və detallara diqqət
 
	- Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı
 
	- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları; ingilis dili üzrə orta səviyyə kifayətdir.
 
	- Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
 
	- Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
 
	- Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı
 
 
Maraqlanan namizədlər [email protected] email ünvanına “Debitor borclar üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.