Russian

Çağrı mərkəzi üzrə agent

Vəzifənin məqsədi: Çağrı mərkəzi üzrə agenti müştərilərin əsas əlaqəli şəxs kimi çıxış edir, məhsul və xidmətlər barədə vaxtında və dəqiq məlumat verir, sorğuları və şikayətləri həll edir və müsbət müştəri təcrübəsi təmin edir. Bu rol telefon, e-mail və WhatsApp vasitəsilə ünsiyyətlərin idarə olunmasını, müştəri məlumatlarının dəqiq qeydiyyatını, sifariş və müraciətlərin işlənməsini, lazım olduqda problemlərin yönləndirilməsini əhatə edir, eyni zamanda təşkilatın məqsədlərini dəstəkləyir və yüksək xidmət standartlarını qoruyur.

 

Vəzifə üzrə öhdəliklər:

 

  • Zəngləri cavablandırmaq, e-maillərə və WhatsApp mesajlarına cavab vermək
  • Müştəri sorğularını telefon, e-mail və WhatsApp vasitəsilə idarə etmək
  • Mövcud resurslardan istifadə edərək lazım olan məlumatı araşdırmaq
  • Müştəri şikayətlərini idarə etmək və həll etmək
  • Müştərilərə məhsul və xidmətlər barədə məlumat vermək
  • Sistemdə yeni müştəri məlumatlarını daxil etmək
  • Mövcud müştəri məlumatlarını yeniləmək
  • Sifarişlər, formalar və müraciətləri işləmək
  • Prioritet məsələləri müəyyən etmək və aidiyyatı şəxslərə yönləndirmək
  • Zəngləri uyğun mütəxəssisə yönləndirmək
  • Bütün zəng məlumatlarını standart əməliyyat prosedurlarına uyğun sənədləşdirmək

 

Vəzifə üzrə tələblər:

 

  • Orta və ya aili: Biznes idarəçiliyi, marketinq və ya iqtisadiyyat sahəsində ali təhsil
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, İngilis dili üstünlükdür
  • Microsoft Office proqramları və Outlook istifadəçi bilikləri
  • Yuxarıda göstərilən dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Dinləmə bacarığı
  • Problemləri analiz və həll etmə bacarığı
  • Müştəri xidmətinə və məmnuniyyətinə yönəlik
  • Təşkilatçılıq bacarıqları
  • Təfərrüatlara diqqət
  • Komanda ilə işləmə bacarığı
  • Stresə davamlılıq
  • Aydın və düzgün kommunikasiya bacarığı

 

İş şəraiti:

  • 5 iş günü, 2 istirahət günü
  • Çevik iş qrafiki:
    • 9:00–18:00
    • 10:00–19:00
    • 11:00–20:00

 

Qeyd:
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərərək, e-mail mövzusunda "Çağrı mərkəzi üzrə agent" qeyd etməlidirlər. Qeyd edək ki, yalnız seçilmiş namizədlərlə növbəti işə qəbul mərhələsi üçün əlaqə saxlanılacaq

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi