Russian

Texniki istismar və santexnika üzrə texnik

Vəzifə öhdəlikləri:

  • Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində su və kanalizasiya sistemlərinin qurulması, təmiri və texniki xidmətin göstərilməsi
  • Su və kanalizasiya borularının quraşdırılması, santexnika avadanlıqlarının montajı
  • Borularda sızmaların təmiri, santexnika avadanlıqlarının təmir edilməsi və dəyişdirilməsi, tıxanmış boruların açılması və təmizlənməsi
  • Su və kanalizasiya sistemlərinin mütəmadi olaraq yoxlanılması və profilaktik tədbirlərin həyata keçirilməsi
  • Avadanlıqların düzgün işləməsini təmin etmək üçün periodik baxışların aparılması
  • Problemlərin aşkar edilməsi və həlli üçün lazımi alət və avadanlıqlardan istifadə edilməsi
  • Quraşdırma və təmir işləri üçün tələb olunan materialların və alətlərin müəyyən edilməsi
  • Təyin olunmuş podratçı şirkətlər tərəfindən quraşdırılmış avadanlaıqların yoxlanılması prosesini icra etmək;
  • Xarici podratçılar tərəfindən icra edilən bütün işlərin yoxlanılması prosesində iştirak etmək;
  • Baş vermiş və ya baş verə biləcək istənilən müstəsna hadisə ilə bağlı üst rəhbərinə məlumat vermək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
  • Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək

Tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Detallara qarşı diqqətlilik
  • Santexnika işləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı

İş şərtləri:

  • 6 gün (Bazar ertəsi – Şənbə)
  • Nahar təminatı
  • Nəqliyyat xidməti təmantı:
  • I marşrut:  Koroglu m/s – Lokbatan, çıxış: 07:15

                   Lokbatan – Koroglu m/s, çıxış: 17:15

  • II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20

                Lokbatan – 20 yanvar, çıxış: 17:15

 

Vakansiya üzrə müraciətlər  [email protected] elektron ünvanına mövzu bölməsində “Texniki istismar və santexnika üzrə texnik qeyd etməklə edə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İŞƏ MÜRACİƏT ANKETİ

Müraciət etdiyiniz vəzifə:*

Müraciət etdiyiniz vəzifə üzrə iş təcrübəniz var mı?*

Bravo Paylama Mərkəzi”ndə çalışan tanıdığınız şəxs və ya qohumunuz var mı?*

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi