Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində qaz xətləri sisteminin qurulması, təmiri və texniki xidmətin göstərilməsi
- Qaz xətlərinin quraşdırılması, avadanlıqlarının montajı
- Borularda sızmalarının müəyyənləşdirilməsi, aradan qaldırılması, avadanlıqların təmir edilməsi və dəyişdirilməsi
- Qaz xətləri və təbii qazla işləyən sistemlərin mütəmadi olaraq yoxlanılması və profilaktik tədbirlərin həyata keçirilməsi
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün periodik baxışların aparılması
- Problemlərin aşkar edilməsi və həlli üçün lazımi alət və avadanlıqlardan istifadə edilməsi
- Quraşdırma və təmir işləri üçün tələb olunan materialların və alətlərin müəyyən edilməsi
- Təyin olunmuş podratçı şirkətlər tərəfindən quraşdırılmış avadanlaıqların yoxlanılması prosesini icra etmək;
- Xarici podratçılar tərəfindən icra edilən bütün işlərin yoxlanılması prosesində iştirak etmək;
- Anbar avadanlıqlarının yoxlanılması və təmirində köməklik göstərmək;
- Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
- Baş vermiş və ya baş verə biləcək istənilən müstəsna hadisə ilə bağlı üst rəhbərinə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək
Tələblər:
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- Texniki istismar prosesləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
- “Azəriqaz” İstehsalat Birliyində çalışmış əməkdaşlarına üstünlük verilir
İş şərtləri:
- 6 gün (Bazar ertəsi – Şənbə)
- Nahar təminatı
- Nəqliyyat xidməti təmantı:
- I marşrut: Koroglu m/s – Lokbatan, çıxış: 07:15
Lokbatan – Koroglu m/s, çıxış: 17:15
- II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20
Lokbatan – 20 yanvar, çıxış: 17:15
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Texniki istismar və qaz avadanlıqları üzrə texnik” qeyd etməklə edə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.