Tərkibi:
- 1 stəkan FEMİLEA yumru düyü
- 1 litr süd
- 1,5 stəkan su
- 1 stəkan FEMİLEA şəkər tozu
- 1 çimdik duz
- 1 çay qaşığı vanil
- 1 yemək qaşığı nişasta (qarğıdalı və ya buğda)
- 3 yemək qaşığı su (nişastanı açmaq üçün)
- Darçın (üzərinə səpmək üçün)
Hazırlanması:
- FEMİLEA düyüsunu yaxşıca yuyub süzgəcdə süzün.
- Qazana 1,5 stəkan su tökün və yuyulmuş düyünü əlavə edərək yumşalana qədər bişirin.
- Düyü suyu çəkdikdən sonra üzərinə süd əlavə edin və orta odda qarışdıraraq qaynadın.
- Süd qaynamağa başlayanda FEMİLEA-nın şəkər tozu, duz və vanili əlavə edib qarışdırın.
- Nişastanı 3 yemək qaşığı suda həll edin və yavaş-yavaş qarışığa əlavə edərək davamlı qarışdırın.
- Şirniyyat qatılaşana qədər qarışdıraraq bişirin.
- Hazır olduqdan sonra kasalara paylayın və soyumağa qoyun.
- Üzərinə darçın səpərək servis edin.
Sütlaç həm isti, həm də soyuducuda saxlanaraq soyuq şəkildə yeyilə bilər. Çox ləzzətli və yüngül bir şirniyyatdır!