Müştərilərinə keyfiyyətli xidmət göstərən və əməkdaşlarının inkişafına xüsusi önəm verən Bravo Supermarketlər şəbəkəsi sezon mağazalarında çalışmaq istəyən namizədlər üçün yeni iş imkanları təqdim edir.
İş həyatına ilk addımlarını atmaq istəyən tələbələr, yeni məzunlar və pərakəndə satış sahəsində təcrübə qazanmaq arzusunda olan şəxslər Bravo komandasına qoşularaq həm real iş təcrübəsi əldə edə, həm də peşəkar mühitdə inkişaf etmək imkanı qazana bilərlər.
Hazırda aşağıdakı vakansiyalar üzrə müraciətlər qəbul edilir:
• Satıcı-kassir
• Mal qəbulu və anbar üzrə köməkçi
Namizədlər mağazada məhsulların rəflərə düzgün yerləşdirilməsi, qiymətlərin yoxlanılması və yenilənməsi, rəflərin səliqəli saxlanılması, müştərilərə xidmət göstərilməsi, kassa əməliyyatlarının həyata keçirilməsi və digər gündəlik əməliyyatlarda iştirak edəcəklər.
Bravo əməkdaşlarına növbəli iş qrafiki, rəqabətli əmək haqqı, yemək kartı və servis xidməti təqdim edir. İş həftəsi 6 gün olmaqla təşkil olunur və əməkdaşlara həftədə 1 gün istirahət verilir.
Vakansiyalar Nardaran, Şüvəlan, Bilgəh, Mərdəkan və Binə ərazilərində yerləşən Bravo mağazaları üzrə aktivdir.
Əgər siz də dinamik iş mühitində çalışmaq, yeni bilik və bacarıqlar qazanmaq, gələcək karyeranız üçün dəyərli təcrübə toplamaq istəyirsinizsə, Bravo komandasına qoşulmaq üçün müraciət edə bilərsiniz.
Əlaqə: 010 230 98 89 (WhatsApp aktivdir)
Link: Satıcı - kassir vakansiyaları üçün işə müraciət formu | Bravo Supermarket
İşəgötürən: Azerbaijan Supermarket MMC (Bravo)
Yaş həddi: 18–45 yaş.