BRAVO-da “Predator” zərbə kartı oyunu
BRAVO supermarketlər şəbəkəsi Predator məhsullarının alıcıları üçün “Predator” zərbə kartı oyunu kampaniyasına başlayır. 1–31 avqust 2026-cı il tarixlərini əhatə edən...
BRAVO mobil tətbiqində “Silkələ və Qazan” kampaniyasına start verilir!
Dünya Ağız Sağlamlığı Günü münasibətilə Sensodyne, Parodontax və Aquafresh brendlərinin tərəfdaşlığı ilə Bravo mobil tətbiqində “Silkələ və Qazan” adlı yeni kampaniyaya start verilir. Kampaniya çərçivəsində müştərilər həm müxtəlif endirim kuponları, həm də iPhone 17, Apple Watch və AirPods kimi dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Kampaniyada iştirak etmək istəyən müştərilər bir qəbzdə minimum 15 AZN məbləğində Sensodyne, Parodontax və Aquafresh məhsulları almalı, alış-veriş zamanı isə Bravo mobil tətbiqindəki müştəri barkodunu kassada təqdim etməlidirlər. Alış tamamlandıqdan sonra tətbiqdə “Silkələ və Qazan” oyunu avtomatik aktivləşəcək.
18 may – 18 iyun tarixlərini əhatə edən kampaniya bütün Bravo mağazalarında keçərlidir. Oyunda qazanılan hədiyyələr Bravo mobil tətbiqində kupon şəklində saxlanılacaq. Müştərilər qazandıqları endirim kuponlarından növbəti alış-verişlərində minimum 10 AZN, 20 AZN və ya 30 AZN məbləğində alış zamanı istifadə edə bilərlər.
Kampaniya şərtlərinə əsasən tütün, alkoqol və endirimli məhsullar kupon istifadəsinə daxil edilmir. Kupondan yararlanmaq üçün kassada əvvəlcə Bravo tətbiqindəki müştəri barkodu, daha sonra isə hədiyyə kuponunun barkodu oxudulmalıdır.
Bununla yanaşı:
• Əgər 10 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 30 AZN-lik alış-veriş zamanı qəbzinizdə minimum 10 AZN,
• Əgər 5 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 20 AZN-lik alış-veriş zamanı qəbzinizdə minimum 5 AZN,
• Əgər 2 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 10 AZN-lik alış-veriş zamanı isə qəbzinizdə minimum 2 AZN dəyərində endirimsiz məhsul alınmalıdır.
Qazanılan kuponlar tətbiqdə “İddia etmək üçün basın” düyməsi vasitəsilə aktivləşdirilir və aktivləşdirildikdən sonra yalnız 1 saat müddətində keçərli hesab olunur. Müddət ərzində istifadə edilməyən kuponlar etibarsız sayılır.
Əsas hədiyyələrin qalibləri hədiyyələrini 19 iyun – 30 iyun tarixlərində Bravo Hiper Koroğlu filialından təhvil ala bilərlər.
Qeyd edək ki, hər müştəri kampaniya müddətində həftədə maksimum 1 dəfə “Silkələ və Qazan” oyununda iştirak edə bilər və hər qəbz üzrə yalnız 1 kupondan istifadə mümkündür. Endirim kuponları isə bütün Bravo mağazalarında keçərlidir.
Bravo müştərilərini alış-veriş zamanı həm əylənməyə, həm də daha sərfəli fürsətlər qazanmağa dəvət edir.
Digər fəaliyyətlər ilə tanış olun!
BRAVO supermarketlər şəbəkəsi Predator məhsullarının alıcıları üçün “Predator” zərbə kartı oyunu kampaniyasına başlayır. 1–31 avqust 2026-cı il tarixlərini əhatə edən...
31 iyul- 2 avqust tarixlərində Bravo tətbiqində alış-veriş daha sərfəlidir!
Bravo tətbiqindəki Bravo Online bölməsindən ən azı 20 AZN məbləğində sifariş et,...
Bravo mobil tətbiqində 1–31 iyul tarixlərində Lay's, Cheetos, Doritos və Xrusteam Ştampkart Kampaniyaları keçirilir. Kampaniya müddətində iştirakçı məhsulları alaraq ştamp...