Azərbaycan
Siyahıya qayıt

Bravo tətbiqində yeni dövr: HexaCoin-lər ilə daha çox qazan, daha sürətli yüksəl!

Bravo tətbiqində səni daha maraqlı və qazandıran bir yenilik gözləyir!

Bravo müştəriləri üçün xüsusi təqdim olunan bu yeni sistemlə artıq hər alış-veriş və tətbiq daxilində keçirdiyin vaxt daha dəyərlidir. Alış-veriş etdikcə və ya tətbiqdaxili oyunlarda iştirak etdikcə HexaCoin qazanırsan — topladıqca isə statusun yüksəlir və yeni imkanlar açılır! 

HexaCoin nədir?

HexaCoin — Bravo mobil tətbiqində istifadəçilərin aktivliyini qiymətləndirmək üçün yaradılmış xüsusi xal sistemidir. Bravo mağazalarında alış-veriş etdikdə və tətbiq daxilində müxtəlif oyunlarda iştirak etdikdə HexaCoin qazanmaq mümkündür. Toplanan HexaCoin-lər istifadəçinin tətbiq daxilində hansı statusda olduğunu müəyyən edir.

HexaCoin necə qazanılır?

Bravo mağazalarında edilən alış-veriş zamanı hər 1 AZN məbləğinə qarşılıq istifadəçilər 10 HexaCoin qazanırlar:

1 AZN = 10 HexaCoin

Bununla yanaşı, Bravo mobil tətbiqində təqdim olunan oyunlar və digər interaktiv funksiyalar vasitəsilə əlavə HexaCoin əldə etmək mümkündür.

Status səviyyələri

HexaCoin-lər istifadəçinin statusunu müəyyən edir. Bravo tətbiqində aşağıdakı status səviyyələri mövcuddur:

  • Basic – 1500 HexaCoin

  • Bronze – 4000 HexaCoin

  • Silver – 7500 HexaCoin

  • Gold – 17000 HexaCoin

  • Elite – 17000+ HexaCoin

Hər bir istifadəçi Bravo mobil tətbiqinə daxil olaraq öz cari statusunu, növbəti səviyyəyə qədər nə qədər HexaCoin lazım olduğunu və hər status səviyyəsinin təqdim etdiyi üstünlükləri rahat şəkildə görə bilər.

HexaCoin-lər necə hesablanır?

HexaCoin-lər 3 aylıq dövr üzrə hesablanır və sistem davamlı olaraq yenilənir. Məsələn, mart, aprel və may aylarında qazanılan HexaCoin-lər birlikdə nəzərə alınır. Növbəti ay başladıqda isə ən köhnə ay sistemdən çıxarılır və son üç ay üzrə hesablanma davam edir.

Vacib məlumat

HexaCoin-lər yalnız Bravo mobil tətbiqi daxilində istifadəçilərin aktivliyini ölçmək və status səviyyələrini müəyyən etmək məqsədi ilə istifadə olunur. Bu xallar pul vəsaiti hesab olunmur, keşbek və ya bonus kimi istifadə edilə bilməz, həmçinin məhsul və ya xidmətlə dəyişdirilməsi mümkün deyil.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Lay's, Cheetos, Doritos və Xrusteam ilə futbol həyəcanına dad qat!

Bravo mobil tətbiqində 1–31 iyul tarixlərində Lay's, Cheetos, Doritos və Xrusteam Ştampkart Kampaniyaları keçirilir. Kampaniya müddətində iştirakçı məhsulları alaraq ştamp...

Bravo mobil tətbiqində yeni Nescafe kampaniyası başladı!

Qəhvə həvəskarları üçün sevindirici xəbər! Bravo mobil tətbiqində yeni Nescafe Ştampkart kampaniyası başladı. İndi sevdiyiniz Nescafe çeşidlərini alaraq həm ləzzətin...

"Ülker" məhsullarını al, “Poz və Qazan” oyununda iştirak et, yüzlərlə hədiyyə qazan!

Bu yay alış-verişin daha maraqlı və daha həyəcanlı olacaq!

25 iyun – 25 iyul tarixlərində Bravo mobil tətbiqində keçirilən “Poz və...