Azərbaycan
Siyahıya qayıt

BRAVO tətbiq qazandırır – “Çarxı fırlat” kampaniyası başladı

Bravo müştəriləri üçün yeni və interaktiv kampaniya təqdim edir. “Çarxı fırlat” oyunu ilə Bravo mobil tətbiqində hər gün pulsuz məhsul qazanmaq imkanı əldə edə bilərsiniz.

Kampaniya necə işləyir?

Müştərilər Bravo mobil tətbiqinə daxil olaraq “Çarxı fırlat” bölməsində gündə 1 dəfə çarxı fırlada bilərlər. Hər fırlatma pulsuz məhsul qazanmaq şansı yaradır.

Qazandığınız məhsul tətbiqdə hədiyyəli kupon kimi saxlanılır. Kupondan istifadə etmək üçün əvvəlcə “İddia etmək üçün basın” düyməsini klikləyərək onu aktivləşdirmək lazımdır. Aktivləşdirilmiş kupon 15 dəqiqə ərzində etibarlıdır. Bu müddət ərzində istifadə edilməyən kupon müddəti bitmiş hesab olunur.

Hədiyyəni necə əldə etmək olar?

Hədiyyəni əldə etmək üçün növbəti alış-veriş zamanı minimum 10 AZN məbləğində (tütün, alkoqol və endirimli məhsullar istisna olmaqla) alış-veriş edilməlidir.

Kassada:

İlk olaraq Bravo mobil tətbiqindəki barkod təqdim edilir.

Daha sonra hədiyyə kuponunun barkodu oxudulur.

Beləliklə, qazandığınız məhsulu tamamilə ödənişsiz əldə edə bilərsiniz.

Əlavə şərtlər

Hər müştəri kampaniya müddətində gündə maksimum 1 dəfə çarx fırlada bilər.

Qazanılan hər məhsul üzrə kupon yalnız 1 dəfə istifadə edilə bilər.

Kampaniya tarixi 18 fevral tarixinə qədərdir, qazanılan kuponlar 19 fevral tarixinədək istifadə edilə bilər.

Hədiyyələr bütün Bravo mağazalarında keçərlidir.

Bravo mobil tətbiqi ilə alış-veriş artıq daha sərfəli və daha maraqlıdır. Şansınızı sınayın – hər fırlatma yeni fürsətdir

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Aura ilə dəyərli hədiyyələr qazanmaq şansını əldə et!

Auranın sirri çarxda gizlidir!

Aura ilə alış-veriş et, çarxı fırlat və dəyərli hədiyyələr qazanmaq şansını əldə et!

Gündəlik alış-verişinə bir az həyəcan...

Crystalex al və dəyərli hədiyyələr qazanmaq şansını əldə et!

Çarx fırlansın, Crystalex parıldatsın!

Crystalex al, çarxı fırlat və dəyərli hədiyyələr qazanmaq şansını əldə et!

Gündəlik alış-verişinə bir az parıltı və həyəcan...

BRAVO-da “Azərçay & Berqa ilə Çarxı Fırlat” kampaniyası başladı!

BRAVO supermarketlər şəbəkəsi müştəriləri üçün yeni “Azərçay & Berqa ilə Çarxı Fırlat” kampaniyasına start verir. 8 oktyabr – 11 noyabr...