Bravo-da Palmolive və Protex ilə “Silkələ və Qazan” başlayır!
PALMOLIVE & PROTEX – “SİLKƏLƏ VƏ QAZAN” KAMPANİYASI
Bravo mobil tətbiqində Palmolive və Protex brendləri ilə birlikdə “Silkələ və Qazan” kampaniyasına...
Bravo mobil tətbiqində Palmolive və Protex brendləri ilə birlikdə “Silkələ və Qazan” kampaniyasına start verilir. Kampaniya çərçivəsində müştərilər müxtəlif məişət texnikası, məhsullar və hədiyyə kuponları qazanmaq şansı əldə edəcəklər.
Kampaniyada iştirak etmək üçün müştəri bir qəbzdə minimum 10 AZN dəyərində Palmolive və ya Protex məhsulları almalı və alış-veriş zamanı Bravo mobil tətbiqindəki müştəri barkodunu kassada təqdim etməlidir. Alış tamamlandıqdan sonra müştəri üçün Bravo tətbiqində “Silkələ və Qazan” oyunu aktivləşəcək.
Huawei Smart Qolbaq
Philips Mikser
Xiaomi Mi Buds 6 Play
Hisense Airfryer
Hoffman Ütü Feni
Electrolux Blender
Xiaomi Çaydan
Gorenje Toster
Bundan əlavə, iştirakçılar Protex və Palmolive məhsullarını da pulsuz qazanmaq imkanı əldə edəcəklər.
Kampaniya 20 avqust – 20 sentyabr tarixlərini əhatə edir və bütün Bravo mağazalarında keçərlidir.
Oyunda qazanılan hədiyyələr Bravo mobil tətbiqində kupon şəklində müştərinin hesabında saxlanılır. Məhsul kuponundan istifadə etmək üçün müştəri kassada əvvəlcə Bravo tətbiqindəki müştəri barkodunu, daha sonra isə hədiyyə kuponunun barkodunu oxutmalıdır.
Qazanılan kupon “İddia etmək üçün basın” düyməsi vasitəsilə aktivləşdirilməlidir. Aktivləşdirilən kupon yalnız 30 dəqiqə ərzində keçərlidir. Bu müddət ərzində istifadə edilməyən kupon etibarsız sayılır və sonradan istifadə edilə bilməz.
Hər müştəri kampaniya müddətində gündə maksimum 1 dəfə “Silkələ və Qazan” oyununda iştirak edə bilər.
Hədiyyə kuponları bütün Bravo mağazalarında keçərlidir. Şansını sına, silkələ və hədiyyəni qazan! Bravo ilə hər alış-veriş yeni fürsətdir!
Digər fəaliyyətlər ilə tanış olun!
Bravo mobil tətbiqində Palmolive və Protex brendləri ilə birlikdə “Silkələ və Qazan” kampaniyasına...
14-16 avqust tarixlərində Bravo tətbiqində alış-veriş daha sərfəlidir!
Bravo tətbiqindəki Bravo Online bölməsindən ən azı 20 AZN məbləğində sifariş et, çatdırılma ödənişi...
BRAVO supermarketlər şəbəkəsi Predator məhsullarının alıcıları üçün “Predator” zərbə kartı oyunu kampaniyasına başlayır. 1–31 avqust 2026-cı il tarixlərini əhatə edən...