Azərbaycan
Siyahıya qayıt

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban sovqatları çatdırıldı

PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü ildən etibarən PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə sözügedən ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Qurban Bayramı münasibəti ilə təqdim edilən sovqatlar may ayının əvvəlindən Bravo supermarketlər şəbəkəsi tərəfindən çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

"ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı"

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.

“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə...

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban sovqatları çatdırıldı

PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü...

“Səssizliyin Səsi Olaq!”

“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...