
“Səssizliyin Səsi Olaq!”
“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...
“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün tam fərqli, sevinc dolu bir təntənəyə çevrildi. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə həyata keçirilən “Səssizliyin səsi olaq!” adlı tədbir, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümid ağacı” loqopedik mərkəzin həssas sosial qrupundan olan uşaqlarına unudulmaz günlərindən birini bəxş etdi.
Tədbirin ən yadda qalan hissəsi isə Azərbaycanın ən böyük əyləncə şəbəkəsi Play10 -na məxsus olan Kinderland-da baş tutdu. Uşaqlar burada doya-doya əyləndi, oyun oynadı və özlərini cəmiyyətin ayrılmaz bir parçası kimi hiss etdilər.
Uşaqların şənliyi Papa John’s rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan ləzzətli naharla davam etdi. Gözəl sürprizlərdən biri də Milla şirkətinin təqdim etdiyi hədiyyələr oldu – bu hədiyyələr uşaqların sevincini ikiqat artırdı.
Tədbirin məqsədi yalnız əyləncə ilə məhdudlaşmadı. Burada iştirak edən uşaqlar öz hüquqları, cəmiyyətə inteqrasiya yolları və şəxsi bacarıqları haqqında maarifləndirildi. Onlar həm oynadı, həm öyrəndi – bu, onların gələcəyə daha güvənli və inamla addımlamalarına zəmin yaratdı.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, BRAVO marketlər şəbəkəsi olaraq inanırıq ki, hər bir uşaq, səsi eşidilsin deyə yox, duyulsun deyə var. Bu yolda atdığımız hər bir addım, cəmiyyətimizdə inklüzivliyin, bərabərliyin və sevgiyə əsaslanan birlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Əlavə olaraq qeyd edək ki, BRAVO marketlər şəbəkəsi mütəmadi olaraq belə Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinin və tərəfdaşlarının bu tədbirlərdə iştirakına maraqlıdır.
Digər fəaliyyətlər ilə tanış olun!
“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...
Fərqli və bizdən biri! 2 Aprel Dünya Autizm Məlumatlandırma günü üçün biz də mavi işıq yandırdıq!
Dünyanın bir çox ölkələrində əsas...