Son illər təbiəti qorumaq, ətraf mühitin qeydinə qalmaqla bağlı müxtəlif silsilə tədbirlər keçirilir. Bunlardan biri də “BRAVO” marketlər şəbəkəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondunun təşəbbüsü ilə bir müddət öncə start verilən “Batareyanı təhvil ver, təbiəti qoru” layihəsidir.
Aksiyanın məqsədi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasının qarşısını almaqdır.
İşlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş BRAVO hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib.