Bu Yeni ildə #birqəlbidəsənisit
Sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşməsi üçün “BRAVO” marketlər şəbəkəsi və "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının birgə...
Bravo marketlər Şəbəkəsi Yeni Ekoloji Layihəyə Start Verib
"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində, Bravo marketlər şəbəkəsi plastik tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni bir ekoloji layihəyə start verib. Layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunması və təkrar emalını təşviq edərək, ətraf mühitin qorunmasına, təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir. EcoHub İctimai Birliyinin təşəbbüsü, Coca Cola Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə icra olunan layihə çərçivəsində Bravo hiperlərin qarşısında yerləşdirilmiş plastik təkrar emal konteynerləri vasitəsilə plastik tullantıların toplanması təmin ediləcək. Bu konteynerlər, müştərilərin istifadə etdiyi plastik qablaşdırma materiallarını və digər plastik tullantıları təkrar emal üçün təhvil vermələrini asanlaşdıracaq. Bu təşəbbüs Bravo müştərilərinin və vətəndaşların plastik tullantıların düzgün idarə olunması və təkrar emalına fəal şəkildə cəlb edilməsini təmin edəcək. Konteynerlər Koroğlu, 20 Yanvar, Əhmədli m/s və Babək prospekti ərazisində yerləşən Bravo hiperlərinə yerləşdirilmişdir. Qeyd edək ki, layihə çərçivəsində könüllülərin iştirakı ilə ictimaiyyətin plastik tullantıların təkrar emalının əhəmiyyəti barədə məlumatlandırılması və bu sahədə maarifləndirmə kampaniyalarının həyata keçirilməsi də nəzərdə tutulub. Layihənin məqsədi yalnız tullantıların toplanması deyil, həm də vətəndaşları ekoloji məsuliyyət və davamlı inkişaf prinsipləri barədə məlumatlandırmaqdır. "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Bravo marketlər şəbəkəsi müxtəlif ekoloji layihələr həyata keçirməkdə davam edəcək, təbiətin mühafizəsinə və ekoloji dəyərlərin yayılmasına töhfə verəcək.
Digər fəaliyyətlər ilə tanış olun!
Sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşməsi üçün “BRAVO” marketlər şəbəkəsi və "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının birgə...
Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində BRAVO marketlər şəbəkəsi bu dəfə inklüziv cəmiyyət üçün töhfəsini verdi. Marketlər şəbəkəsi Azərbaycanda bir ilk...
12 avqust dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin Ətraf mühitinin mühafizəsi günü idi. Məhz bu gün BRAVO...