Azərbaycan
Siyahıya qayıt

BRAVO-dan planetimizin gələcəyi üçün işıq!

BRAVO marketlər şəbəkəsi  22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu. IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın əsas məqsədi iqlim dəyişikliyinin yaratdığı təhlükələrə diqqət çəkmək və enerjiyə qənaəti təşviq etməkdir.

Kampaniya çərçivəsində 22 mart saat 20:30-da BRAVO-nun Əhmədli, 20 Yanvar və Koroğlu m/s yaxınlığında yerləşən hipermarketlərinin çöl işıqları 1 saatlıq söndürülüb.

“Yer Saatı” aksiyası insanları gündəlik həyatlarında enerjiyə qənaət etmək və ekoloji təmiz vərdişlər formalaşdırmağa çağırır. Kampaniya iqlim dəyişikliyinin ciddiliyini vurğulayaraq fərdi və ictimaiyyət səviyyəsində tədbirlər görülməsinin vacibliyini göstərir.

"Yer Saatı" aksiyası sadəcə bir saatlıq qaranlıq dünya deyil, eyni zamanda planetimizin gələcəyi üçün bir işıqdır! Unutmayaq ki, kiçik addımlar böyük dəyişikliklərə yol açmaq üçün DOĞRU SEÇİMDİR!

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

"ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı"

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.

“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə...

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban sovqatları çatdırıldı

PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü...

“Səssizliyin Səsi Olaq!”

“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...