Azərbaycan
Siyahıya qayıt

“Azərbaycan Uşaqları” İB-li Bravo baş ofisində!

Bravo marketlər şəbəkəsinin baş ofis əməkdaşları “Azərbaycan Uşaqları” İB-nin gənc və istedadlı xanımları ilə görüş keçirdi. Bravo marketlər şəbəkəsinin əməkdaşları birliyin xanımları ilə hal-hazırkı fəaliyyətləri, gələcək planları haqqında maraqlı müzakirələr apardı. Əlavə olaraq onlarla motivasiya və özünü inkişafla bağlı fkir mübadilələri aparılaraq istiqamətləndirici tövsiyələr verildi.  

Keçirilən görüşün əsas məqsədi birliyin nəzdində olan xanımların həyata daha nikbin baxmaları, gələcəyə daha inamlı addımlarla qədəm qoymaqlarına kiçik də olsa töhfələr vermək idi.

Qeyd edək ki, Bravo marketlər şəbəkəsi “Azərbaycan Uşaqları” İB ilə daimi əməkdaşlıq edərək quruma mütəmadi olaraq qida və qeyri-qida dəstəyi də göstərir.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

"ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı"

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.

“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə...

“Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban sovqatları çatdırıldı

PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü...

“Səssizliyin Səsi Olaq!”

“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...