"ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı"
"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.
“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə...
"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.
“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə 15 Sentyabr - Bilik Gününə həsr olunan “Bilik Karvanı” aksiyası çərçivəsində vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.
21 avqust tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.
“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 300-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.
Digər fəaliyyətlər ilə tanış olun!
"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "Bilik Karvanı" aksiyasına start verilib.
“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə...
PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.
2023-cü...
“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlara Unudulmaz Bayram Yaşadıldı
1 İyun – Uşaqlar Günü eşitmə...