Azərbaycan

PR və Media Marketinq Ekspert

  • Vəzifə öhdəlikləri:

İctimaiyyətlə Əlaqələr:

  • Şirkətin müsbət imicini və brendini təbliğ etmək məqsədilə ictimaiyyətlə əlaqələr üzrə strategiyanı hazırlamaq və həyata keçirmək
  • Media nümayəndələri, influenserlər və əsas maraqlı tərəflərlə əlaqələri inkişaf etdirmək
  • Press-relizlər, media informasiya toplusu və digər kommunikasiya materialları yaratmaq və idarə etmək
  • Media sorğularını cavablandırmaq və lazım gəldikdə böhran situasiyalarda kommunikasiyanı idarə etmək
  • PR kampaniyalarının effektivliyini izləmək və qiymətləndirmək.
  • Media təhlili aparmaq və şirkətin görünürlüğünü artırmaq üçün strateji təkliflər hazırlamaq.

 

Korporativ Sosial Məsuliyyət (KSM) və Tədbirlərin təşkili:

  • Şirkətin dəyərlərinə və biznes məqsədlərinə uyğun KSM təşəbbüslərini inkişaf etdirmək və həyata keçirmək.
  • KSM təcrübələrini gündəlik əməliyyatlara inteqrasiya etmək üçün daxili komandalarla əməkdaşlıq etmək
  • QHT-lər, ictimai təşkilatlar və digər maraqlı tərəflərlə tərəfdaşlıq qurmaq
  • Könüllü proqramları, icmaiyyətlə əlaqələri və xeyriyyəçilik tədbirlərinin koordinasiya etmək
  • KSM proqramlarının və təşəbbüslərinin təsirini izləmək və hesabat vermək
  • Şirkət adına tədbirlər, konfranslar, seminarlar və mətbuat toplantıları təşkil etmək.
  • Fəaliyyətləri media nümayəndələri üçün nəzərdə tutmaq və məlumat yaymaq.

 

Kommunikasiya, Monitorinq və Qiymətləndirmə:

  • Mağazalar üçün məhsul kataloqunun hazırlanması prosesinin təşkili və kordinasiyası
  • İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət təşəbbüslərinin gedişatını ölçmək üçün KPI-ləri (əsas performans göstəriciləri) təyin etmək
  • Bu təşəbbüslərin təsirini mütəmadi olaraq qiymətləndirmək və daxili və xarici maraqlı tərəflərə hesabat vermək
  • Əsaslı qərarlar qəbul etmək və strategiyaları daim təkmilləşdirmək üçün məlumat və rəylərdən istifadə etmək

 

  • Vəzifə tələbləri:

 

  • Ali təhsil (Kommunikasiya, Marketinq, İctimaiyyətlə Əlaqələr, Media və ya müvafiq sahələr);
  • PR, media marketinqi və ya korporativ kommunikasiya sahəsində ən azı 3-5 illik təcrübə;
  • KSM (Korporativ Sosial Məsuliyyət) layihələrinin idarə olunmasında təcrübə üstünlükdür;
  • Tədbir təşkili, seminar və konfransların koordinasiyası üzrə təcrübə;
  •  Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
  •  Media nümayəndələri, influenserlər və ictimai təşkilatlarla uğurlu əlaqələr qurmaq bacarığı;
  •  PR kampaniyaları və KSM təşəbbüslərinin planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi bacarığı;
  •  Böhran kommunikasiya strategiyalarını hazırlama və idarə etmə bacarığı;
  •  Analitik düşüncə, media və bazar təhlili aparmaq bacarığı;
  •  KPI-lər və performans göstəricilərinə əsaslanaraq hesabatlar hazırlamaq bacarığı;
  • Layihə idarəçiliyi və komanda daxilində effektiv əməkdaşlıq bacarığı;
  • Microsoft Office (Word, Excel, PowerPoint) və digər ofis proqramlarında sərbəst iş bacarığı;
  • Kreativ düşüncə və yenilikçi yanaşma;
  • Problemləri tez həll etmə və prioritetləri düzgün təyin etmə bacarığı;
  • Yüksək məsuliyyət və təşəbbüskarlıq;
  • Komanda işinə uyğunluq və liderlik potensialı;
  • Müxtəlif maraqlı tərəflərlə səmərəli əməkdaşlıq bacarığı.

Maraqlanan namizədlər [email protected] email ünvanına “İctimaiyyətlə əlaqələr və media marketinq üzrə ekspert” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi