Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı- EMAS)
- Müqavilələrin hazırlanması, imzaladılması
- Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
- Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi
- Müxtəlif növ arayışların hazırlanması
- İşçilərin barmaq izlərinin “finger” və/və ya üz tanıma aparatında tanıdılması
- Tələb olunduğu halda iş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərinin yoxlanılması və ayın sonu bağlanılması
- İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi
- Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi.
- Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərini yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi
- Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər
- Güclü ünsiyyət bacarığı.
- Tənqidi düşüncə və təhlil bacarıqları.
- Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.
- Sərbəst Microsoft Office istifadəçisi.
- Çeviklik və tez öyrənmək qabiliyyəti.
- Qərgin iş şəraitində işləmə bacarığı.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına “İnsan resursları üzrə kiçik inzibatçı” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.