Azərbaycan

Pensiyaçı kartı

BRAVO supermarketlər şəbəkəsində Sosial Tərəfdaş layihəsi çərçivəsində müvafiq vətəndaşlara xüsusi endirim imkanı təqdim olunur.

1 sentyabr 2026-cı il tarixindən etibarən layihə BRAVO supermarketlər şəbəkəsinin bütün filiallarında keçərlidir.

2% XÜSUSİ ENDİRİM

Layihə çərçivəsində mağazada endirimdə (aksiyada) olmayan məhsullara 2% endirim tətbiq edilir.

Endirimdən yararlanmaq üçün müştəri myGov mobil tətbiqində təqdim olunan xüsusi barkodu kassada təqdim etməlidir. Barkod kassir tərəfindən skan edildikdən sonra endirim müvafiq məhsullara avtomatik tətbiq olunur.

Endirimə daxil olmayan məhsullar

2% endirim aşağıdakı məhsullara tətbiq edilmir:

  • Cari kampaniyalara daxil olan və artıq endirim tətbiq edilmiş məhsullar;
  • Siqaret və digər tütün məhsulları;
  • Spirtli içkilər;
  • Qanunvericilik və layihə qaydalarına əsasən endirim tətbiq olunmayan digər məhsul kateqoriyaları.

Layihə üzrə aylıq endirimli alış-veriş limiti 350 AZN təşkil edir.

Sosial Tərəfdaş layihəsi çərçivəsində məhsullar üzrə ədəd və ya çəki məhdudiyyəti tətbiq edilmir.

Vacib məlumat

Müştəri Sosial Tərəfdaş endirimindən yararlanarkən myGov tətbiqindəki barkodu kassada təqdim etməlidir.

Sosial Tərəfdaş barkodu təqdim edildikdə, əlavə olaraq BRAVO mobil tətbiqinin barkodunun təqdim edilməsinə ehtiyac yoxdur.

Bir alış zamanı yalnız bir loyallıq endirimi tətbiq oluna bilər.

Müştərilərimizə təqdim olunan bu xüsusi imkandan yararlanaraq BRAVO-da alış-verişinizi daha sərfəli edin!