Azərbaycan
Siyahıya qayıt

"VIČI" məhsulları Bravo-da

"VIČI" – müstəsna keyfiyyəti, əla dadı, bəsləyici xüsusiyyətləri və sadə hazırlanması sayəsində istehlakçılar tərəfindən yüksək qiymətləndirilən balıq, surimi, qızılbalıq, siyənək, pelmen, pizza və digər dəniz məhsullarının əmtəə nişanıdır. 
30 il əvvəl yaranmış "VIČI" brendi indi Avropada ən məşhur Litva brendlərindəndir. "VIČI" məhsullarını Kaunas, Litvada fəaliyyətə başlamış "Vičiūnai Group" holdinqi istehsal edir. "Vičiūnai Group" dünya surimi bazarında lider mövqedədir və Avropada balıqdan məhsullar və dəniz məhsullarının istehsalçıları arasında ön sıralardadır. 
Bütün satılan məhsulların təxminən 91%-ni beş regiona ixrac təşkil edir: Baltika ölkələri, Qərbi və Mərkəzi Avropa, Skandinaviya, həmçinin Şərqi Avropa və Asiya. "Vičiūnai Group" holdinqin fabriklərində yaradılan məhsullar Lidl, Aldi, Sainsbury, Carrefour, Casino və Wallmart kimi dünyaca məşhur ticarət şəbəkələrinin rəflərinə göndərilir. Azərbaycanda isə bu məhsulları Bravo Supermarketlərin rəflərində tapa bilərsiniz. 
"Vičiūnai Group" -un davamlı inkişafının rəhni məhsulun təchizat zəncirinə A-dan Z-dək nəzarətin həyata keçirilməsidir. Bu, həm Litvada, həm də xaricdə məhsulun yüksək keyfiyyətini təmin etməyə imkan verir. "Vičiūnai Group" -un Litva, İspaniya və Estoniyadakı müasir fabrikləri duza qoyulmuş, hisə verilmiş, dondurulmuş və unlanmış balıq, surimi məhsulları, dəniz nemətləri, un məmulatları istehsal edir.
"Vičiūnai Group" dünya biznesinin əhəmiyyətli hissəsi olmaqla, işçiləri, müştəriləri, tərəfdaşları, ətraf mühit və cəmiyyət qarşısında məsuliyyətini gözəl dərk edir. Məhz buna görə holdinq çox illər ərzində ərzaq məhsullarının təhlükəsizliyi mədəniyyətini, dayanıqlı biznes prinsiplərini fəal surətdə dəstəkləyir və canlı dəniz ehtiyatlarının və onlardan səmərəli istifadənin uzun müddətdə qorunub saxlanması perspektivinə öz töhfəsini verir. Buna sübut – həmin biznes növündə keyfiyyətin zəmanəti olan sertifikatlardır: ISO, BRC, IFS Food, IFS Logistics, MSC, FSSC 22000, ASC, Global Gap.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

BRAVO-DA 7% KEŞBEK ŞİRİNDİR!

İndi Bravo-da alış-verişinizi Leobank Mastercard ilə ödəyərək 7% keşbek əldə edəcəksiniz! 

Bu fürsətdən yararlanmaq üçün Leobank mobil tətbiqinizdə "Keşbek" hissəsində "Keşbek...

Bravo Club-la Hədiyyə qazanmaq saqqız çeynəmək qədər asandır!

Bravo Club-da Orbit-in hədiyyələrlə dolu müsabiqəsinə qoşulmağa tələs!

Müsabiqədə 7 noyabr - 1 yanvar tarixləri aralığında keçərli olacaq və qaliblər hər...

"BRAVO SUPER 5" lotereyasının 2-ci mövsümü başladı!

Bu həyəcan tam fərqli olacaq!

1 noyabr - 18 yanvar tarixlərində BRAVO-dan etdiyiniz hər 20 AZN-lik alış-veriş sizə tam təmirli mənzil,...