
BRAVO-dan planetimizin gələcəyi üçün işıq!
BRAVO marketlər şəbəkəsi 22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu....
BRAVO marketlər şəbəkəsi 22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu. IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın əsas məqsədi iqlim dəyişikliyinin yaratdığı təhlükələrə diqqət çəkmək və enerjiyə qənaəti təşviq etməkdir.
Kampaniya çərçivəsində 22 mart saat 20:30-da BRAVO-nun Əhmədli, 20 Yanvar və Koroğlu m/s yaxınlığında yerləşən hipermarketlərinin çöl işıqları 1 saatlıq söndürülüb.
“Yer Saatı” aksiyası insanları gündəlik həyatlarında enerjiyə qənaət etmək və ekoloji təmiz vərdişlər formalaşdırmağa çağırır. Kampaniya iqlim dəyişikliyinin ciddiliyini vurğulayaraq fərdi və ictimaiyyət səviyyəsində tədbirlər görülməsinin vacibliyini göstərir.
"Yer Saatı" aksiyası sadəcə bir saatlıq qaranlıq dünya deyil, eyni zamanda planetimizin gələcəyi üçün bir işıqdır! Unutmayaq ki, kiçik addımlar böyük dəyişikliklərə yol açmaq üçün DOĞRU SEÇİMDİR!
Digər fəaliyyətlər ilə tanış olun!
BRAVO marketlər şəbəkəsi 22 mart tarixində dünyada milyonlarla insanın qoşulduğu ən böyük ekoloji kampaniyalardan biri olan "Yer Saatı" aksiyasına qoşuldu....
“PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Novruz Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.
2023-cü...
19 fevral tarixində Heydər Əliyev Fondunun “Talassemiyasız Həyat Naminə” proqramı çərçivəsində BRAVO baş ofisində qanvermə aksiyası uğurla keçirilib.
Aksiya, talassemiya...