Öhdəliklər:
- Bütün təmir xidmətlərinin vaxtında və keyfiyyətli icra olunmasını təmin etmək;
- Təyin olunmuş podratçı tərəfindən tamamlanmış avadanlıqları yoxlamaq və istifadəyə hazır olduğunu təsdiqləmək;
- Mağaza əməliyyatı şöbə rəhbərinin təlimatına əsasən xüsusi layihələrin icrasını təşkil və koordinasiya etmək;
- Xarici podratçıların icra etdikləri işlərin keyfiyyətini yoxlamaqda dəstək olmaq;
- 0.4 kV-luq elektrik sistemində yaranan kiçik nasazlıqları təyin edib aradan qaldırmaq, elektrik sistemlərinin idarə olunmasını və montaj işlərini icra etmək;
- Təxirəsalınmaz təmir xidmətlərinin icrasını təmin etmək üçün 24 saat ərzində əlçatan olmaq;
- Binada mövcud bütün texniki sistemlərin periyodik olaraq yoxlanılmasını və təmir olunmasını təmin etmək;
- Baş vermiş və ya potensial olaraq baş verə biləcək istisna hallarla bağlı mağaza əməliyyatı şöbə rəhbərinə operativ şəkildə məlumat vermək.
Tələblər:
- Azərbaycan dilində sərbəst ünsi̇yyat bacarığı;
- Mexaniki və/və ya elektromexaniki texnologiyalar sahəsində fundamental bilik və praktik bacarıqlar;
- Ümumi əl alətləri və/və ya mexaniki emalatxana sahəsində praktik bilik;
- Aşağıda göstərilən sahələrdən hər hansı birində ixtisaslaşmış texniki bilik: işəhsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması;
- Standart əl, elektrik və mexaniki alətlərin istifadəsində praktik təcrübə;
- Elektronika və ya mexanika sahəsində bilik;
- Qaz bıçağı ilə qaynaq bacarığı;
- Elektrik sxemlərini, qrafik və diaqramları oxuma bacarığı;
- Elektrik naqillərini rəng kodlarına görə ayırma bacarığı
- Operativ nəzarət və tənqidi düşüncə bacarığı.
Qeyd:
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təsərrüfat xidmətləri üzrə texnik” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.