Azərbaycan

Kiçik hüquqşünas

Vəzifə öhdəlikləri:

· Hüquqi sənədlərin ilkin versiyada hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;

· Müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

· Hüquqi rəylərin hazırlanması üçün qanunvericiliyin araşdırılması və öz rəhbərinə məruzə edilməsi;

· Dövlət orqanlarına məktubların hazırlanması və gələn sorğuların cavablandırılması;

· Hüquqi sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi işini həyata keçirmək;

· Hüquq şöbəsinin rəhbərinin şöbənin işləri üzrə digər göstərişlərini icra etmək;

Tələblər:

· Hüquq sahəsində bakalavr dərəcəsi;

· Tələb olunan sahədə ən az 1 il təcrübə;

· Kargüzarlıq işinin əsaslarını bilməsi;

· Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

· Azərbaycan qanunvericiliyi üzrə yüksək biliklər;

· Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis dili biliyi arzuolunandır;

· Analitik düşünmə qabiliyyəti;

· MS Office biliyi (MS Word, MS Outlook, MS Excel)

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Kiçik hüquqşünas” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi