Azərbaycan

Texniki istismar və qaz avadanlıqları üzrə texnik

Vəzifə öhdəlikləri:

  • Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində qaz xətləri sisteminin qurulması, təmiri və texniki xidmətin göstərilməsi
  • Qaz xətlərinin quraşdırılması, avadanlıqlarının montajı
  • Borularda sızmalarının müəyyənləşdirilməsi, aradan qaldırılması, avadanlıqların təmir edilməsi və dəyişdirilməsi
  • Qaz xətləri və təbii qazla işləyən sistemlərin mütəmadi olaraq yoxlanılması və profilaktik tədbirlərin həyata keçirilməsi
  • Avadanlıqların düzgün işləməsini təmin etmək üçün periodik baxışların aparılması
  • Problemlərin aşkar edilməsi və həlli üçün lazımi alət və avadanlıqlardan istifadə edilməsi
  • Quraşdırma və təmir işləri üçün tələb olunan materialların və alətlərin müəyyən edilməsi
  • Təyin olunmuş podratçı şirkətlər tərəfindən quraşdırılmış avadanlaıqların yoxlanılması prosesini icra etmək;
  • Xarici podratçılar tərəfindən icra edilən bütün işlərin yoxlanılması prosesində iştirak etmək;
  • Anbar avadanlıqlarının yoxlanılması və təmirində köməklik göstərmək;
  • Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
  • Baş vermiş və ya baş verə biləcək istənilən müstəsna hadisə ilə bağlı üst rəhbərinə məlumat vermək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
  • Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək

Tələblər:

  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Detallara qarşı diqqətlilik
  • Texniki istismar prosesləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
  • “Azəriqaz” İstehsalat Birliyində çalışmış əməkdaşlarına üstünlük verilir

İş şərtləri:

  • 6 gün (Bazar ertəsi – Şənbə)
  • Nahar təminatı
  • Nəqliyyat xidməti təmantı:
  • I marşrut:  Koroglu m/s – Lokbatan, çıxış: 07:15

                   Lokbatan – Koroglu m/s, çıxış: 17:15

  • II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20

                    Lokbatan – 20 yanvar, çıxış: 17:15

 

Vakansiya üzrə müraciətlər  [email protected] elektron ünvanına mövzu bölməsində “Texniki istismar və qaz avadanlıqları üzrə texnik” qeyd etməklə edə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İŞƏ MÜRACİƏT ANKETİ

Müraciət etdiyiniz vəzifə:*

Müraciət etdiyiniz vəzifə üzrə iş təcrübəniz var?*

Bravo Paylama Mərkəzində çalışan tanıdığınız şəxs və ya qohumunuz var?*

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi