Azərbaycan

Təsərrüfat xidmətləri üzrə köməkçi

Vəzifə öhdəlikləri: 

  • Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində təmir və texniki xidmət işlərində dəstək göstərilməsi
  • Elektrik, qaz və su xətlərinin çəkilişində texniki əməkdaşlara dəstək göstərilməsi
  • Anbar əraizində formalaşan tullantıların toplanması və təyin olunmmuş yerlərə daşınması
  • Mexaniki və elektrik işləri, asma tavanları və divarların üzlənməsi, suvaqlama və s. işlərdə texniklərə dəstək göstərilməsi
  • Şüşəli arakəsmə divarlar, boyama və dekorasiya, cərəyan yuvalarının təmiri və yerdəyişməsi, işıqlandırma işləri və mətbəx daxilindəki işlərin icrasında texniklərə dəstək göstərilməsi
  • SƏTƏM qaydalarına riayət etməklə Mərkəzi anbara məxsus avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini həyata keçirmək;
  • Kimyəvi təmizləyici vasitələri və elektrik avadanlıqlarını təlimata uyğun saxlamaq və istifadə etmək;
  • Təmizlik vasitələri tükənmək üzrə olduqda, həmçinin hər hansı texniki nasazlıq və ya qüsur aşkar olunduqda bu barədə məsul şəxsə  məlumat vermək;
  • Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
  • Anbarin sahəsində təmizlik və ümumi təsərrüfat işlərinin həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Nəzərdə tutulan təxirəsalınmaz təmir xidməti üçün 24 saat xidmət göstərmək;
  • İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
  • Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək

Tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Təsərrüfat işləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı

İş şərtləri: 

  • 6 gün (Bazar ertəsi – Şənbə)
  • Nahar təminatı
  • Nəqliyyat xidməti təmantı:
  • I marşrut:  Koroglu m/s – Lokbatan, çıxış: 07:15

                   Lokbatan – Koroglu m/s, çıxış: 17:15

  • II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20

                 Lokbatan – 20 yanvar, çıxış: 17:15

 

Vakansiya üzrə müraciətlər  [email protected] elektron ünvanına mövzu bölməsində “Təsərrüfat xidmətləri üzrə köməkçi qeyd etməklə edə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İŞƏ MÜRACİƏT ANKETİ

Müraciət etdiyiniz vəzifə:*

Müraciət etdiyiniz vəzifə üzrə iş təcrübəniz var?*

Bravo Paylama Mərkəzində çalışan tanıdığınız şəxs və ya qohumunuz var?*

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi