Azərbaycan
Siyahıya qayıt

Bravo-da "Yay şansı" lotereyası

Yay Şansı BRAVO-da başlayır! 
24 iyul - 18 sentyabr tarixlərində ölkəmizin səfalı güşələri olan Lənkəran, Şamaxı, İsmayıllı, Göyçay, Tovuz və Şəmkir şəhərində yerləşən Bravo-lardan etdiyiniz hər 20 AZN-lik alış-veriş sizə lotereyada iştirak etmək üçün 1 şans qazandıracaq!

Lotereya haqqında

BRAVO-nun region mağazalarında keçirilən bu lotereya kampaniyası zamanı iştirakçılar dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Lotereya yalnız Lənkəran, Şamaxı, İsmayıllı, Göyçay, Tovuz və Şəmkir filiallarında keçərlidir.

İştirak qaydaları

  • Hər 20 AZN-lik alış-verişə 1 ədəd lotereya bileti təqdim olunur.
  • Bilet perforasiya vasitəsilə iki eyni hissəyə ayrılır: biri iştirakçıda qalır, digəri tiraj qutusuna atılır.
  • Bilet üzərində ad, soyad, ata adı, əlaqə nömrəsi və tarix qeyd olunmalıdır.
  • Biletin sıra nömrəsi əsas uduş meyarıdır və deformasiyaya uğramamalıdır.

Kimlər iştirak edə bilər?

  • 18 yaşını tamamlamış vətəndaşlar könüllü olaraq iştirak edə bilər.

Uduş fondu

Lotereya çərçivəsində hər region üzrə aşağıdakı hədiyyələr oynanılacaq:

  • 1 ədəd bağ üçün mebel dəsti
  • 1 ədəd qazan dəsti
  • 1 ədəd boşqab servis dəsti
  • 1 ədəd 6 ədədli bağ üçün oturacaq dəsti

Tirajlar və tarixlər

Lotereya ümumilikdə 4 tiraj üzrə keçiriləcək:

  1. 1-ci tiraj:
    • Dövr: 24 iyul – 6 avqust
    • Tiraj: 10 avqust  
    • Uduş: Bağ üçün oturacaq dəsti / müxtəlif nominallı Bravo hədiyyə kartları
  2. 2-ci tiraj:
    • Dövr: 7 – 20 avqust
    • Tiraj: 23 avqust  
    • Uduş: Qazan dəsti / müxtəlif nominallı Bravo hədiyyə kartları
  3. 3-cü tiraj:
    • Dövr: 21 avqust – 3 sentyabr
    • Tiraj: 6 sentyabr  
    • Uduş: 6 ədədli bağ üçün oturacaq dəsti / müxtəlif nominallı Bravo hədiyyə kartları
  4. 4-cü tiraj:
    • Dövr: 4 – 18 sentyabr
    • Tiraj: 20 sentyabr
    • Uduş: Boşqab servis dəsti / müxtəlif nominallı Bravo hədiyyə kartları

Tirajların keçiriləcəyi ünvanlar

Tirajlar aşağıda qeyd olunan BRAVO mağazalarında baş tutacaq:

  • Şamaxı – Məmməd Əmin Rəsulzadə küç. 28, 30
  • İsmayıllı – Nizami Gəncəvi küç.
  • Göyçay – Nizami küç. 214 A
  • Tovuz – Həzi Aslanov küç. 7
  • Şəmkir – Qazax-Bakı magistral yolu (şəhərə giriş)
  • Lənkəran – Dosa Mol, Fikrət Məmmədov küç. 23

Qaliblərin elan olunması

Uduşların təqdimatı

  • Qalib iştirakçılar uduşlarını 90 iş günü ərzində şəxsiyyət vəsiqəsi və lotereya bileti ilə birlikdə əldə edə bilərlər.
  • Uduşlar, biletin təqdim edilməsindən sonra 30 iş günü ərzində təqdim olunur.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Ülkər məhsulları ilə "Əlaçı" lotereyasının qalibləri müəyyən olundu!

Ülker məhsulları ilə "Əlaçı” Lotereyasının Qalibləri

14 noyabr tarixində Bravo Koroğlu Hipermarketdə keçirilən canlı yayım zamanı randompicker.com vasitəsilə təsadüfi seçimlə qaliblər...

Alış-veriş et, Toyata Corolla qazan!

Alış-veriş et, Toyata Corolla qazan!

Bəli, səhv oxumadın! Bravo mağazalarında etdiyin hər 5 AZN və yuxarı alış-veriş sənə həm...

Arko, Fax və Duru məhsulları ilə "Sehirli anlar" lotereyası

"Arko", "Fax" və "Duru" məhsulları sənə yeni bir fürsət gətirir – Bravo marketlərində alış-veriş et, qəbzindəki QR kodu skan edib...