140 - dan çox mağaza şəbəkəmiz ilə müştərilərimizin yanındayıq – onların yaşadıqları, işlədikləri hər yerdə olmağa çalışırıq. Bu məqsədlə biz yerləşmə portfelimizi sistemləşdirir, filial şəbəkəmizi genişləndirir və mövcud mağazalarımızı modernləşdiririk.
Mağazalarda alış-veriş adətlərindəki dəyişiklərə uyğunlaşaraq, əsas etibarı ilə şəhərdaxili məkanlara, ictimai nəqliyyatın, piyada və maşın axınının intensiv olduğu sahələrə diqqət ayırırıq. Mağaza şəbəkəmizi optimallaşdırmaq və genişləndirmək üçün torpaq sahələri və mövcud mülklərin axtarışındayıq.
Bizimlə əməkdaşlığın üstünlükləri:
- Uzunmüddətli əməkdaşlıq (əsas etibarı ilə 20 illik müqavilə, ən az 10 illik)
- Şirkətin inkişaf və genişləmə potensialı
- İcarə haqlarının düzənli olaraq zamanında ödənilməsi
- İcarə müddəti ərzində əmlakın yaxşı vəziyyətdə qorunub saxlanması
- Əraziyə məşhur brendlərin cəlb edilməsində dəstək
- Finansal stabillik və öhədliklərin davamlı olaraq yerinə yetirilməsi